Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ötən il 25 min 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

Bənzər yazılar