Dərc olunub: 09.01.2020

Polşa Respublikasının Varşava Universitetinin tarix fakültəsinin əməkdaşları, professor Mixail Speydel və Karolina Traş Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.

Muzeydən Mektebgushesi.az-a bildiriblər ki, polşalı alimlər MATM-ın direktoru, akademik Nailə Vəlixanlı və elmi işlər üzrə direktor müavini, dosent Nərgiz Əliyeva ilə görüşüblər.

Sonra qonaqlar muzeyin arxeologiya, numizmatika və epiqrafika elmi fond şöbələrində onları maraqlandıran materiallar barədə məlumatlar toplayıblar.

Bənzər yazılar