Dərc olunub: 10.01.2020

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı növbəti ikinci nömrəsi üçün məqalə qəbulunu davam etdirir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, jurnalın redaksiya heyətinə Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssisləri daxildir.

Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:

Kitabxana-informasiya elmi;

Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, “Vikipediya”, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);

Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı, aşağıda qeyd olunan rubrikalara da yazılar qəbul edilir:

Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;

Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;

Digər ixtisaslar üçün kitabxana xəbərləri;

Sahə üzrə yeni kitablar;

Yerli və beynəlxalq tədbirlər təqvimi.

Ətraflı məlumatla MEK-in rəsmi saytında tanış olmaq mümkündür.

Bənzər yazılar