Dərc olunub: 11.01.2020

Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev Almaniyanın Tübingen Universitetində Azərbaycanın xarici siyasəti mövzusunda mühazirə oxuyub.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, seminarda “Azərbaycanın balanslaşdırılmış çoxvektorlu xarici siyasəti”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin regional təhlükəsizliyə təsirləri”, “Azərbaycanın regional və xarici aktorlarla ikitərəfli münasibətləri”, “Şərq Tərəfdaşlığı və Avropa İttifaqı-Azərbaycan münasibətləri”, “Azərbaycanın enerji siyasəti” və “Beynəlxalq nəqliyyat dəhlizi olaraq Azərbaycanın rolu” mövzularında müzakirələr aparılıb.

Sonda suallar cavablandırılıb.

Bənzər yazılar