Elnur Qurbanovun istəyiylə qələmə aldığdım  Bu yazımda, məhz  Ömrünün 55  ilini Təhsilə  həsr etmiş  cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan, daxilən zəngin, nəcib, xeyirxah, mərd şəxsiyyət və ləyaqətli ailə başçısı kimi tanınan insanlardan biri – maarif fədaisi  Kazimov Əbdül haqqında söhbət açacağıq.

Xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində ehtiva edən, ləyaqət və şərəf hissinin yetərli qədər qoruyub saxlayan nurlu simalarımızdan biri olan, müdriklik zirvəsinə yüksələn dəyərli insan – ömrünü bütövlükdə gələcək nəslin maariflənməsinə həsr etmiş Əbdül müəllim haqqında  mənalı ömrünə işıq salmağı qarşımıza məqsəd qoyduq.

 Kazımov Əbdül Əli oğlu 1936-cı il yanvarın 10-da Masallı rayonunun Türkoba kəndində zəhmətkeş ailədə anadan olub. 1942-ci ildə atası -Mehrəliyev Əli Kazım oğlu Böyük Vətən Müharibəsində itkin düşüb. Əbdül  1943-cü ildəTürkoba kənd məktəbinin 1 sinifinə daxil olmuşdur. Altı il bu məktəbdə təhsil aldıqdan sonra yeddinci sinifi Hişkədərə kənd məktəbində oxumuşdur. Daha sonra (8-10-cu sinifləri) Boradigah kənd tam orta məktəbində təhsilinə davam etmişdir. 1953-cü ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstituna daxil olaraq institutun  Filologiya fakültəsində ali təhsil almışdır. 1957-ci ildə Pedaqoji institutu bitirdikdən sonra ilk iş yeri olan Mahmudavar kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat fənnindən müəllim işləməyə başlayan Əbdül müəllim şagirdlərinin tədris etdiyi fənni yüksək səviyyədə qavramaqlarına öz töhfəsini vermişdir. İki il bu məktəbdə işlədikdən sonra 1959-cu ildə Türkoba kənd məktəbində pedeqoji fəaliyyətinə davam etmişdir.  Ömrünün əlli üç ilini Tükoba kənd məktəbində şagirdlərin təlim-tərbiyəsinə həsr edən Əbdül müəllimişlədiyi dövr ərzində savadsızlıqla mübarizə aparmış və təhsildən kənarda qalan uşaqlar üçün Türkoba kənd məktəbində  həm axşam həm də qiyabi siniflər təşkil etmişdir. İşlədiyi dövrdə Türkoba kənd məktəbində hər il müxtəlif ədəbi-bədii tədbirləri yüksək səviyyədə keçirmişdir. Ömrünün əlli beş ilini müəllimliyə, pedaqoji fəaliyyətə həsr edən Kazımov Əbdül hal-hazırda səksən yeddi yaşındadır və onun beş övladı, on iki nəvəsi, iki nəticəsi var.Müəllim ömrünü bəzən yanar  şama bənzədirlər. Şam yandıqca ətrafa işıq saçdığı kimi bu peşənin sahibləri də özlərini şam kimi əridərək ətrafı nurlandırmaqla  neçə-neçə insanın həyat yolunu işıqlandırırlar.

Böyüməkdə olan gənc nəclin təlim-tərbiyəsi ilə məşğul olan Əbdül Müəllim də ömrünün 55  ilini uğurlu pedaqoji fəaliyyəti ilə  şagirdlərinə yüksək savad almasına həsr edən məhz belə pedaqoqlardan biridir. Əbdül Müəllim Müasir təhsilə  verilən tələbləri yaxşı bilən pedaqoq  dərslərini  tam fəallıq şəraitində keçirdi hər zaman. Belə ki, dərslərində onunla bərabər  şagirdlər də yaradıcılıq axtarışında olur ki, bu da son nəticədə  şagirdlərinin  müstəqil düşüncə tərzi formalaşdırır və onlarda təşəbbüskarlığa, yeniliyə meyilliliyi gücləndirir.  Əbdül müəllim güclü təhsil strateqi kimi pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb edib. O, yüksək pedaqoji etika və mədənilik, düzlük, şəffaflıq, ədalət, səmimiyyət nümayiş etdirərək cəmiyyətdə təhsilə qarşı fərqli və xoş fikir formalaşdırmağa nail olub.   Bu baxımdan  Əbdül müəllimin ömür yolları çoxlarına nümunə ola bilər.

Arxaya çevrilib bu yollara nəzər salanda, həyatının mənasını zəhmətdə, halallıqda, cəmiyyət üçün dəyərli vətəndaş olmaqda görən və bu gün də ölkəmizin inkişafı üçün yorulmadan öz töhfələrini verən Əbdül  müəllimin  həyatı, fəaliyyəti böyük bir örnəkdir. Bəli, Əbdül  müəllimi hamı çox sevir, çünki bu gözəl pedaqoq  səmimiliyi  və  mehribanlılığı  ilə  onu yaxından tanıyanların, xüsusilə şagirdlərinin qəlbində doğma bir insana çevrilməyi bacarıb.Allah uzun ömür versin.


‘Masallının Səsi” ictimai siyasi internet qəzeti, baş redaktor

Mərhəmət Lələyev

Bənzər yazılar