Nazirlər Kabineti Baş nazir Əli Əsədovun Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərarını şərh edib.

Nazirlər Kabinetindən Mektebgushesi.az-a bildirilib ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Hazırda isə imtahanlar iki mərhələdə aparılır:

I mərhələ – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. 

Bənzər yazılar