Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “20 Yanvar tarixi yaddaşımızın qəhrəmanlıq səhifəsidir” mövzusunda konfrans keçirilib.

Tədbiri açıq elan edən Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova 20 Yanvar hadisələrinin 30 -cu il dönümü münasibətilə təşkil olunmuş tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, biz bu günki müstəqilliyimizə , azad və rahat yaşamagımıza görə 20 Yanvar şəhidlərinə borcluyuq. Aidə müəllimə sözü Gülarə Axundovaya verdi. 20 Yanvar -tarixi yaddaşımızın qəhrəmanlıq səhifəsidir ” deyə  çıxışa başlayan Gülarə müəllimə qeyd etdi ki, 1990 -cı il 20 Yanvar faciəsində şəhid olanların xatirəsi xalqımız tərəfindən hər il hörmətlə yad edilir.Minlərlə ,milyonlarla insanın mənəviyyatına ,milli şüuruna vurulan zərbələrin agrı – acısı bu gün də unudulmur. Fəxrlə qeyd edə bilərik ki , 20 Yanvar Azərbaycan  tarixində ölkəmizin azadlıgı və müstəqilliyi ugrunda qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyətə malikdir. Sonra tarix müəllimi Sevinc Ələkbərovaya söz verildi. Sevinc müəllim “20 Yanvar -xalqımızın mübarizlik və qəhrəmanlıq tarixidir “mövzusunda çıxış etdi. Çıxışının sonunda bildirdi ki, tələbəliyi həmin dövrə düşüb. Həmin hadisələrin şahidi olub. Tələbə yoldaşının 20 yanvar gecəsi yaralanıb ayagını itirməsini danışanda çox kövrəldi.Sonra müəllimlərdən Sevda Həsənova ,Xanımnaz Mirzəyeva ,Mehriban Əliyeva Qanlı Yanvarın dəhşətlərindən danışdılar.Tələbələrdən Sevinc Şıxəliyeva ,Aytac Əhmədovanın çıxışları və şəhidlər haqqında söylədikləri şeirlər maraqla qarşılandı. Tədbirin sonunda Aidə müəllim tariximizi mükəmməl öyrənməyi və ən əsası unutqan olmamagı tövsiyə etdi. Sonda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. “20 Yanvar ” haqqında materialları Tarix müəllimi Gülarə Axundova hazırlamışdı.

Tərbiyə işləri üzrə direktor müavini Aida Əsədova

Bənzər yazılar