Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Şürük və Viyən kənd tam orta məktəblərində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Namiq Bağırov, müəllimlər və şagirdlər iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı 20 yanvar faciəsinin xalqımızın tarixində şərəf və ucalıq rəmzi olduğu bildirilib. Natiqlər, 1990-cı ilin 20 yanvarında baş verən faciəvi hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Bənzər yazılar