“Hazırda İmişli rayonunda 60 məktəb fəaliyyət göstərir. Onlardan 57-i tam orta, 3-ü isə ümumorta təhsil məktəbidir”.

Mektebgushesi.az xəbər verir ki, bu sözləri açıqlamasında  İmişli Rayon Təhsil Şöbəsinin müdiri  Ələmdar Quliyev deyib.

O, 9-cu sinif buraxılış imtahanlarına geniş şəkildə hazırlandıqlarını qeyd edib.

“Rayunumuzda 60 məktəbdə 81 sinif komplekti mövcuddur. Burada şagirdlərin sayı 1284 nəfərdir.

9-cu sinif buraxılış imtahanlarına hazırlıq məqsədi ilə mərkəzləşdirilmiş qaydada sınaq imtahanı keçirmişik. Bunun üçün rayonda 5 mərkəz yaradılıb. Bunlar Şahverdili, Qaralar, Məcrəli kənd tam orta və İmişli rayon 2 və 8 saylı tam orta məktəblərdir. Əsas məqsədimiz  9-cu sinif buraxılış imtahanlarının nəticələrini daha da yüksəltməkdir.Bununla bağlı Rayon Təhsil Şöbəsi  əmr imzalayıb.Bu əmr müvafiq ümumtəhsil məktəblərinə göndərilib”.

Bənzər yazılar