Lənkəran rayon Viravul kənd 2 nömrəli tam orta məktəbinin gənc direktoru Araz Babayevin təşəbbüsü ilə böyük summativ qiymətləndirmənin mərkəzləşdirilmiş qaydada təşkil olunub.

“Bir” könüllü-tələbə proqramının könüllüləri nəzarətçilik və yoxlama prosesinin təşkilinə cəlb ediliblər.

Öhdəliklərini yüksək səviyyədə həyata keçirən könüllülər məktəb direktoru tərəfindən təşəkkürnamə ilə qiymətləndirilib.

 “Böyük Summativ Qiymətləndirmə zamanı obyektivliyi daha da artırmaq məqsədi ilə 5-11-ci siniflərdə təhsil alan 188 şagird üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil etdik.

 İmtahan prosesində nəzarətçilik və cavabların yoxlanılması prosesinə “Bir” könüllü-tələbə proqramının könüllülərini cəlb etdik.

Könüllülər öhdəliklərini yüksək səviyyədə yerinə yetirdikləri üçün məktəb tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldılar. İmtahanın yüksək səviyyədə təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edirik”.

Bənzər yazılar