Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Liman şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində rayonun Nərimanabad qəsəbəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, Nərimanabad qəsəbə tam orta məktəbinin direktoru Elmira Rzayeva, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanıb. Narkomaniya, erkən nikahlar və digər zərərli vərdişlərin ailə dəyərlərimiz üçün təhlükəli olduğu qeyd edilib. Gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlər diqqətə çatdırılıb.

Bənzər yazılar