Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiqi qəbul edib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Şəmil Sadiq özünün sosial şəbəkədəki hesabında bildirib.

Görüşün əsas mövzusu kimi iki təhsil qurumu arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Şəmil Sadiq “Hədəf Nəşrləri”nin nəşr etdiyi “Xatirə ədəbiyyatı” kitab silsiləsini tam şəkildə Cəfər Cəfərova təqdim edib, şagird və tələbələr arasında mütaliə mədəniyyətinin formalaşması mövzusunda müzakirələr aparılıb.

Bənzər yazılar