Masallı Rayon Mədəniyyət Mərkəzində Xocalı  soyqırımının 28-ci ildönümünə həsr olunmuş Masallı Xalq Teatrının aktyorları və Dəmirçi kənd ümumi orta məktəbin şagirdləri ilə birlikdə hazırladıqıları “XOCALISIZ İLLƏR” adlı tamaşa-kompozisiya gostərilmişdir.

İlk oncə Vətən uğrunda şəhid olanları ruhu bir dəqiqlik sukutla yad edilmişdir.Daha sonra Xocalı faciəsi haqqında video-rolik gostərlmişdir. Tədbir Masallı Xalq Teatrı aktyorları və Dəmirçi kənd ümumi orta məktəbin istedadlı şagirdlərinin hazırladıqları  səhnələşdirilmiş kompozisiya ilə davam etmişdir. Tədbirin sonunda Rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, Masallı Rayon Veteranlar Təşkilatının sədri Məmmədağa Şiriyev, Dəmirçi ümumi orta məktəbin direktoru Aytən Şükürova və ehtiyatda olan kapitan Ədalət Huseynov Xocalı faciəsi haqqında çıxışlar etmişdirlər.

Tədbirin Təşkilatçısı “Masallının Səsi” ictimai siyasi internet qəzetinin baş redaktoru Mərhəmət Lələyev olmuşdur.  

Bənzər yazılar