Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Çindən gələn azərbaycanlı tələbələrlə bağlı məlumat yayıb.

Birgə məlumatda deyilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi olub. Belə ki, onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Qeyd olunub ki, gün ərzində onların evə buraxılacaqları gözlənilir.

Bənzər yazılar