Dərc olunub: 25.02.2020

Bakı Mühəndislik Universitetində  informatika fənni üzrə “Respublika fənn olimpiadası”nın aşağı yaş qurupu üzrə yarımfinal turu keçirilib.

 Mektebgushesi.az xəbər verir ki, müsaqiqədə ümumtəhsil məktəblərindən 82 şagird (9-cu sinif) iştirak edib.

 Müsabiqə IOI (Beynəlxalq İnformatika Olimpiadası) qayadaları əsasında onlayn olaraq keçirilib.

 Məktəblilərə 5 alqoritmik məsələni 4 saat ərzində həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi ilə sınaqdan keçirmə tapşırığı verilib.

 Qeyd edək ki, yuxarı yaş qrupu üzrə 77 çagird (10-11-ci siniflər) eyni vaxtda ADA Universitetində yarışıblar.

Bənzər yazılar