Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbində “Beynelxalq Ana Dili Günü” münasibət ilə tədbir kecirilib.

Tədbiri məktəbin Ana dili və ədəbiyyat müəllimi Ləman Cəfərova açıq elan edib. Müəllim və şagirdlərin iştirakı ilə Azərbaycanın himni səslənib. Sonra, məktəbin direktoru tədbirin əhəmiyyəti barədə danışıb. Tədbirin təşkilatçısı Ləman Cəfərovaya məktəblilərin dilimizi sevməsində aşladığı vərdişlərə yiyələnməkdə və bu kimi tədbirlərin vətənpərvərlik hissinin artırılmasında rolunun böyük olduğunu diqqətə çatdırıb.

Tədbirdə şagirdlər tərəfindən şer parçaları səsləndirilb, S.Vurgunun “Vaqif”dramindan səhnəciklər göstərilib. VIII sinif şagirdi Gülnar Pənalıyevanın rəqsi tədbirə xüsusi rəng qatıb.



Aygun Əhmədova

Bənzər yazılar