Dərc olunub: 28.02.2020

Xalça sənəti də Azərbaycanın tarixi qədər qədimdir. Təsadüfi deyil ki, Azərbaycan Türk dünyasının ən qədim kəndlərindən biri olan Bico kəndində hələ orta əsrlərdə toxunmuş xalçalar bu gün dünyanın müxtəlif muzeylərində saxlanmaqdadır. İntibah dövrünün böyük rəssamı, niderlandlı Hans Memlinq “Məryəm öz körpəsi ilə” tablosunu yaradarkən məhz Bico xalçalarının kompozisiyasından istifadə etmişdir. 

Təəssüflər olsunki, bu qədim sənət Bico kəndində də unudulmaq üzrədir. Lakin, A. Cəbiyev adına Bico kənd tam orta məktəbin rəhbərliyi bu qədim xalq sənətinin unudulmaması üçün lazimi tədbirlər görmüşdür. Gördüyümüz şəkildə məktəbin 2 texniki işçisi Xasıyeva Vəsilə Babaşah qızı və Muradova İlhamə Ramiz qızı bu qədim sənəti şagirdlərə öyrədir.


Bənzər yazılar