Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Nəticələrə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər fənn olimpiadalarının final turunda iştirak etmək hüququ qazanıblar.

Nəticələrlə  www.olimpiada.edu.az saytı vasitəsi ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Bənzər yazılar