“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllimi Vəfa Qocayevaya həsr olunub.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, V.Qocayeva sözügedən məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 52 bal toplayıb.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Bənzər yazılar