Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir.

Martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır.

Təhsil Nazirliyindən -a bildiriblər ki, teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. Martın 11-13-də yayımlanmış dərslərin videolarına müvafiq link vasitəsilə (https://www.youtube.com/playlist?list=PLmurSRyhshyjqi21ah3rK20osuCC7D2f2) də baxmaq olar.

Bənzər yazılar