“Təhsil Nazirliyinin facebook səhifəsi üzərindən zoom platformasında canlı yayımımız olacaq”.

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O, təhsil sahəsi ilə bağlı əsas mövzulara canlı yayım vasitəsi ilə aydınlıq gətiriləcəyini deyib.

“Teledərs və virtual dərs arasında əlaqəni təmin etmək məqsədilə müəllimlər, məktəb rəhbərliyi  və şagirdlərin diqqət yetirməli olduqları məqamlara dair Təhsil Nazirliyi yeni təlimat hazırlayıb. Bununla bağlı Təhsil Nazirliyinin facebook səhifəsi üzərindən zoom platformasında canlı yayımımız olacaq. Saat 18.00-da başlayacaq canlı yayımda TN- nin şöbə müdirinin müavini Orxan Abbasov, Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayev və mən iştirak edəcəm. Suallar canlı yayımda cavablandırılacaq”.

Bənzər yazılar