Panamada yalnız bu ölkə üçün xarakterik olan yeni növ koronavirus aşkar edilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Panamanın Sağlamlıq İnstitutunun alimləri bildiriblər ki, COVID-19-un mutasiyası nəticəsində A2 PAN adlı yeni tipik virus yarımnövü yaranıb.

Mütəxəssislər qeyd edirlər ki, ölkənin coğrafi mövqeyi və regional nəqliyyat yollarının üzərində yerləşməsi A2 PAN adlı yeni növ virusun meydana çıxmasına səbəb olub.

Qeyd edək ki, Panamada 21 442 şəxsin COVID-19-a yoluxduğu aşkar edilib, 448 xəstə pandemiyanın qurbanı olub.

Bənzər yazılar