Yeni növ koronavirusun yayılması ilə bərabər ətraf mühitin seysmik səs-küyü azaldıqca yerin təkinin daha az titrədiyi bildirilir.

CNN-in hesabatına əsasən, seysmoloqlar epidemiya zamanı avtomobillərin, qatarların, avtobusların və insanların gündəlik həyatda yaratdığı titrəmələri ifadə edən “ətraf seysmik səs-küy”ün daha az müşahidə olunduğunu qeyd edirlər.

Yerin üst qatının ətraf mühitdəki seysmik səs-küyün azalması ilə əlaqədar daha az hərəkət etdiyi qeyd olunur.

Ətraf mühitdə seysmik səs-küyün azalması ilə stansiyaların qeyd etmədiyi kiçik zəlzələlərin və seysmik hadisələrin də aşkar edilə biləcəyi bildirilir.

Bənzər yazılar