Özbəkstan prezidenti Şövkət Mirziyoyevin qərarı ilə ölkənin bütün rayonlarının icra başçıları il boyu həftədə 3 dəfə məktəblərdə dərs aparmalıdırlar.

Bu qərar belə əsaslandırılıb ki, məktəb xalqın gələcəyini müəyyənləşdirən məkandır, xalqın taleyi burada həll edilir, rəhbər işçilər gərək daim məktəblərdə olsunlar, təhsilin problemlərini öz gözləri ilə görüb, yerindəcə həllinə nail olsunlar, hamılıqla təhsilə dəstək versinlər.

Vaxtı ilə respublikamızın Maarif Naziri olmuş akademik Mehdi Mehdizadə də tez tez məktəblərdə nümunəvi dərs aparırmış. Bizim TN-nin rəhbər işçiləri və RİH başçıları da həftədə heç olmasa 2 dəfə məktəbdə dərs aparsalar təhsilimiz bundan yalnız uda bilər.

Bənzər yazılar