Qarabağ Azərbaycandır! – Bu şüuarla hərəkətə keçən igid ordumuz sözün əsl mənasında tarix yazır. Torpaqları ancaq qan tökərək geri qaytarmaq olar. Hazırda səngərdə o torpaqları işğalçılardan azad etmək üçün minlərlər igid döyüşür. Bu gün kiçiyindən-böyüyünə hər kəs Qarabağ eşqi ilə yanıb tutuşur.

Bəlkə də, bu zamana qədər heç kəs qələbəyə bu qədər çox inam bəsləmirdi. Müharibə iki bölgədə gedir; cəbhə və informasiya. İnformasiya müharibəsində də güclü qalmaq lazımdır. Gəncədə baş verənlər ürək dağlayır, balaca, günahsız uşaqlar terorristlərin qurbanı olurlar. Bu mövzu ilə bağlı bir qrup gənc Tvitter istifadəçiləri #PrayforGanja həştəqi ilə Gəncəyə öz dəstəyini bildirdi. Qısa müddət sonra bu həştəq artıq dünya ictimaiyyətində trendə düşdü. 1 milyondan çox tvit atıldı. “İnformasiya müharibəsində biz azərbaycanlılardan çox güclüyük” deyən erməni lobbisi belə bir situasiyanın qarşısında aciz vəziyyətdə qaldı.

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli danışıqlar müzakirə olundu. “Bu, tam miqyaslı atəşkəs deyil, təcili humanitar ehtiyacları həll etmək üçün qısa müddətli atəşkəsə səbəb ola bilər,” – Laurence Broers BBC News Azərbaycancaya deyib. Onun dediyinə görə, tərəflərin məqsədləri fərqlidir. Azərbaycan əməliyyat uğurlu kimi dəyərləndirir və çox güman ki, onu başa çatmış hesab edir. Ermənistan isə hücumdan sarsılıb və yenidən qruplaşmaq üçün fürsət axtarır. Baunov öz tvitter hesabında yazır; Ermənistan Rusiyanın müttəfiqi olsa da, nə Azərbaycan, nə də onu dəstəkləyən Türkiyə Rusiyanın düşməni deyil. Bu məntiqlə Rusiya üçün kimin hücuma məruz qaldığı yox, kimin hücumuna məruz qaldığı daha böyük əhəmiyyət kəsb edir. Görüşün nəticəsində tərəflər arasında atəşkəs barədə razılığa gəlinib. Lakin Ermənistan bu razılığa da məhəl qoymayaraq aralıqsız olaraq yaşayış bölgələrinə xüsusilədə mülki şəxsləri hədəf alaraq atəşkəsi pozub.

Qarabağ Azərbaycandır!

Aysel Fətulla,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar