Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar. 1991-1993 cü illər ərzində 13 rayonumuz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1994-cü ildə yaradılmış ATƏT-in Minsk qrupu 26 il ərzində bu münaqişəni sülh yolu ilə həll edə bilmədi. BMT-in isə Azərbaycanın ərazi bütövlüyü üçün verdiyi qərar və qətnamələri yalnız kağız üzərində qaldı. Erməni vandalları işğal etdiyi ərazilərdə abidə, məscid və yaşayış komplekslərimizi dağıdır, qədim etnosiyasi tariximizə ləkə vurmuşdur. 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən, nənəsi Sahibə Quliyeva ilə birgə 1 yaşlı Zəhra Quliyeva Füzuli rayonu, Alıxanlı kəndində qətlə yetirildi. Bu dəhşət dünya mediasında işıqlandırıldı, lakin yenə də tədbir görülmədi.

30 il səbr edən Azərbaycan artıq işğalla barışmadı və öz ölkəsinin bütövlüyü üçün erməni qüvvələrinin hücumuna əks-hücumla cavab verərək Vətən müharibəsinə başladı. Lakin Ermənistan tərəfi yenə öz mənfur niyyətlərini davam etdirdilər. Necə ki münaqişə dövründə də olduğu kimi indi də Ermənistan Silahlı Qüvvələri mülki insanlara ağır artilleriyadan atəş açmağa davam etdi. Hal-hazırda da davam edən müharibədə 40-a yaxın mülki şəxs qətlə yetirilib, 171 şəxs isə yaralanmışdır. Mənfur düşmən istifadəsinə icazə verilməyən silah və artilleriyadan istifadə edərək cinayət işləmiş və siyasi müstəvidə öz nüfuzunu itirmişdir.

Bu gün Azərbaycan gəncləri Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmiş, müqəddəs torpaqlarımızı işğaldan azad etmək missiyasında öz üzərilərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazırdırlar.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Məhəmmədəli Əsgərxanov,

BDU-nun Tarix fakültəsinin tələbəsi

Bənzər yazılar