Sentyabr 27-sindən cəbhə xəttində gərginlik yaratmaq istəyən düşmən, elə ilk andan öz layiqli cavabını aldı. Erməni tərəfi cəbhədəki məglubiyyətləri ilə barışmayaraq dinc əhalinin yaşadığı rayonlari hədəfə almağa başladılar. Bu cür rayonlardan biri də yaşadığım Bərdə rayonudur. Bərdənin kəndləri müxtəlif ərazilərdən ağır artilleriya və uzaqmənzilli raketlərin atəşinə məruz qaldı. Hətta Bərdə şəhərinə də bir neçə raket atıldı. Nəticədə bir dinc sakin dünyasını dəyişdi, 3 nəfər xəsarət aldı, bir neçə obyekt yararsız hala düşdü. Bərdənin Soğanverdilər, Şahvəlilər, Qasımbəyli kəndləri raket atəşlərinə məruz qaldı.

Ancaq əhalidəki olan ruh yüksəkliyi, vətənpərvərlik, ordunun və Ali Baş Komandanın yanında yumruq kimi birləşmək, ordunun qələbələrinin sevinci sayəsində heç kim öz evini, doğma yurdunu tərk etmədi. Təxribat başladığı gündən bu günə qədər hər kəsdə ruh yüksəkliyi açıq-aşkar özünü büruzə verir. Ölkəmizdə fəaliyyət göstərən media nümayəndələri, həmçinin xarici jurnalistlər də dağıntılar olan ərazilərdə çəkiliş apardılar. Buradakı vətəndaşlardan müsahibə alan həmin jurnalistlər, düşmən ölkənin bizə qarşı təxribatlarının şahidi olmaqla bərabər, müsahibə verən şəxslərdə nəinki ruh düşkünlüyü, hətta başları üzərindən atılan güllələrin, qradların, mərmilərin onlarda heç bir qorxu yaratmadığını və rahatlıqla müsahibə verdiyinin də şahidi oldular.

Azərbaycan vətəndaşları öz ordusuna, Ali Baş Komandanına güvənir və tezliklə öz doğma torpaqlarımızın düşmən işgalından azad olunacağına inanır. Bu günə qədər ordumuzun qazandığı qələbələr, düşmən işğalından azad etdiyi Cəbrayıl rayonu, Murov yüksəkliyi, 34 kənd və Hadrut qəsəbəsi, həmçinin, düşmənin xeyli sayda ələ keçirilmiş döyüş texnikası, silah-sursat, S-300 zenit-raket kompleksinin darmadağın edilməsi bir daha Azərbaycan ordusunun gücünün, əzminin gostəricisidir.

Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan ordusunun düşməni bizim torpaqlarımızdan “iti qovan kimi” qovacağına inanırıq. Biz haqq yolundayıq. Qələbə bizimlədir. Eşq olsun, Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

Ağamirzə Məmmədov,

BDU Tarix fakültəsini tələbəsi

Bənzər yazılar