Yenidən dünyaya gəldiniz. Bu dəfə anadan deyil Qəhrəman ruhunuzdan döğuldunuz. Bu gəliş yarım qalmış nakam tale yaşamağa deyil, əbədiləşmək  və  Qəhrəmanlıq səlnaməsinə çevrilmək üçün idi. Ömür Karvanınız sizi ayrı ayrı ünvanlardan götürdü amma bir ünvana yetirdi. Şəhadətə  ucaltdı. Adınızda ünvanınız kimi bir oldu.

Şəhid. Hər iki dünyan Fatehləri oldunuz. Tarix çox Qəhrəmanlar yetirib və bu günə qədər yaşadıb dillərdə dastana çevrilən İgidlər saysızdır. Amma siz tarix yazdınız, ən yeni tarixin ən şərəfli səhifələri oldunuz. Şanlı ,bütöv Azərbaycan tarixinə qızıl sətirlərlə həkk olundunuz. Canlı dastana çevrildiniz.Hünər göstərdiniz, Qəhrəmanlıq məktəbi, nümunə, örnək oldunuz Sizi nağıllarda deyil gerçək olaraq tanıdıq, ruhumuza, qəlbimizə qan yaddaşımıza həkk olundunuz…

Sizi heç bir ana  Vətən torpağı  kimi qoruya bilməz. Ana Torpağa tapşırdıq sizləri. Torpaq sizi öz ağuşunda dünya durduqca yaşadacaq. Hələ çiçəklənməmiş arzu diləkləriniz torpağın qoynunda çiçəkləyəcək…

İndi səmadan üzərinizə yağan yağış qar deyil bizim göz yaşlarımızdır, ayrılıq,həsrət yağışdır. Dağları saran duman  deyil bizim ahımızdır. Məqamınız , Müqəddəs Şəhidlik adınız Mübarək olsun. Xalqın qəlbində sağalmaz yaraya,hər zaman gözündən süzülən həsrət yağışına. Ruhunu saran əbədi xatiryə döndünüz.

Gülşən Nəhmətova

Bənzər yazılar