Deyirlər, insan dünyaya gələrkən ona verilən ad, gələcəkdə həmin insanın xarakterində və taleyində öz əksini tapır. Bu həqiqətən də belədir. Tarixə nəzər salaq, qəhrəmanlarımızın adlarını xatırlayaq, Mübariz, Yaşar, Polad, İlqar, Rəşad əlbətdə siyahini uzatmaq çətin deyil. Bu gün isə Poladdan danışmaq qərarına

gəldim. Həmin Polad ki, son zamanlar qəhrəmanlıq səlnamısinə çevrilib. Həmin Poladdan danışıram ki, vaxtından əvvəl yüksək rütbələrlə mükafatlandırılmışdır. Hələ sağ ikən 41 yaşında Aprel döyüşlərində

göstərdiyi sücaətə görə Poladın adına post verilmişdi. 45 illik ömür yolunda mümkün olan bütün adları almağa macal tapmışdı. Bunun sevincini sözsüz ki, yaşamışdı. Onu tanıyanların dediyi kimi, sadə, saf , qayğıkeş insanpərvər, ədalətli və həmdə Böyük Vətənpərvər idi . Yüksək məntiqi təfəkkürü, parlaq zəkası , iti düşünmə qabiliyyəti ilə hələ çox susduracaqdı düşməni. Yəqin ki, düşmən onu bizdən yaxşı tanıyırdı. Biz onu qoruya bilmədik, amma düşmən öz mənfur istəyinə çatdı . Poladı bizdən ayıranlar bilmədilər ki, həmin gecədən etibarən Azərbaycan torpağında onlarla Poladlar dünyaya göz açacaq . Məhz Polkovnik, mayor Polad Həşimovun şərəfinə doğulan oğlan uşaqlarının adları Polad qoyuldu. Onlar bilmədilər ki, Poladı bütün Azərbaycanın və onun bu rəşadətindən xəbərdar

olan bütün insanların qəlblərinə köçürdülər.Bəli Polad fəth etdiyi bütün zirvələrin ən alisinə Şəhidlik zirvəsinə ucaldı. Ucaldı , bu ucalıqdan hər zaman gənclərə qəhrəmanlığa gedən yolun xəritəsini cizəcək , arxasınca saysız hesabsız Poladların gəlməsi üçün onların yoluna mayak olacaq, hər zaman bu yolu işıqlandıracaq. Onun Müqəddəs Şəhid ruhu hər zaman Azərbaycan ordusunun üzərinə parlaq Günəş kimi nur saçacaq. Yarıda qalmış atalıq missiyasını ucalardan övladlarına duaları ilə davam etdirəcək. Keçdiyi nümunəvi həyat yolu hər zaman övladlarına məktəb olacaq. Əminəm ki, Poladın bizə etibar etdiyi övladlarına bu ölkədə bütün qapılar açıq olacaq, çünki Polad da ona etibar edilənləri göz bəbəyi kimi qoruyurdu, hər çətinlikdə onlara himayədarlıq edirdi. Çalışıb öz polad iradəsi ilə mühafizəkar xarakterilə

hamını qoruyurdu və bir gün həyatı bahasına başa gələn ağır döyüşdə hər zaman bütövlükdə xalqını qoruyacaq Şəhid ruhunu bizə ərməğan etdi. Bu yazı bitməyəcək , çünki hələ çox dastanlar qoşulacaq Qəhrəman Poladın adına.

Bənzər yazılar