Nə vaxt üzür istəyirik, hansı səbəbdən və kimlərdən?.

Bu sualın cavabı çoxdur və səbəblər müxtəlifdir. Bəzən labüddür üzür istəmək, yeri gəldikdə nəzakət xatirinə üzür istəyirik, elə hallar olur ki məcburiyyət qarşısında qalıb üzür istəyirik. Əsas odur ki, adət halını almış səhvlərdən ötrü üzür istəyib ,eyni səhvləri yenidən təkrarlamayaq.

Bəziləri üzdükləri insanın nəzakət sahibi olmasından sui istifadə edib eyni səhvləri üzür istəməklə dəfələrlə təkrarlayırlar. Çalışıb kiçik yaşlardan uşaqları üzür istəməyə alışdırmayaq .Yaxşısı budur ki, öz davranışlarında diqqətli olsunlar, özlərinə qarşı tələbkar yanaşsınnar, əvvəldən hərəkətlərini götür – qoy etsinlər. Nəticədə üzürxahlıq etməyə ehtiyac qalmayacaq. Evdə böyüklər tərəfindən qoyulmuş ailə qanunlarını uşaqlar bilərəkdən pozurlar və çox asan formada üzür istəyib heç bir şey olmamış kimi davam edirlər. Artıq bu bir adət halını alır hər hansı bir uyğun olmayan hərəkətə yol verirlər, əlbəttə ki bir üzür istəməklə böyüklər onları bağışlayırlar. Bu tərbiyə üsulu deyil, nə də səhvlərdən çıxardığı nəticə deyil, sadəcə həmin anda vəziyyətdən çıxış yoludur.

Yaş ötdükcə bu xarakter formalaşır və cəmiyyətdə insana qarşı bir neqativ münasibət yaranır, sonra bu mənfi keyfiyyətdən uzaqlaşmaq çətin olur. Davranış qaydalarına riayyət etmək, etik normaları pozmamaq mədəni, əsilzadə biri olmaq ünsiyyət zamanı başlıca prinsipdir.

Gülşən Nəhmətova

Bənzər yazılar