Qida mədəniyyəti, agız dadı, milli mətbəx hər bir xalqın mədəni irsindən qaynaqlanır. Təsadüfü deyil ki, insanın kiçik yaşlarından ağız dadı formalaşır. Yemək bişən zaman evi bürüyən xüsusi dadlı ətir ömür boyu yaddaşımıza həkk olunur. Həmin yeməyi illər ötdükdən sonra hardasa daddıqda uşaqlıq xatirələri yenilənir.

Azərbaycan mətbəxi dünya mətbəxlərindən rəngarəngliyi ilə əsaslı formada fərqlənir. Milli mətbəximiz ta qədimdən nənələrimizin yüksək zəka və əsrarəngiz zövqləri sayəsində başdan başa şəfa mənbəyinə çevrilmişdir. Milli mətbəximizdə insan orqanizmi üçün son dərəcə zərərli olan yağda qızarmış yeməklər yer tutmamışdır. Müxtəlif formalarda hazırlanmış təndir və sobalarda bişən yemək növləri, saciçi yeməklər, mətbəximizin əsasını təşkil edən çölmək və saxsı bardaqlarda bişirilən ət yeməkləri , saysız hesabsız növləri olan buğlama, soyutma, şalapur və s isti qazan yeməkləri sözün əsl mənasında can dərmanıdır.

Artıq bütün menyulardan çıxarılmış sulu yeməklər bozbaş, piti, xaş və s bu kimi sümüklü ətin suyundan bişirilən , dadı isə bütün dünyada məhşur olan sulu xörəklər milli mədəni irsimizin bariz nümunəsidir. Fəsilə görə dəyişən xörək növləri xalqımızın qida mədəniyyətindən xəbər verir. Yay fəslində ayran və qatıqdan müxtəlif adda yüngül yeməklər, şəfaverici bitki və göyərtilərdən hazırlanmış şərbətlər, içkilər yeməklərə xüsusi dad qatır.

Yay fəslində yetişən meyvələrdən hazırlanmış əncirfərəc, mövüc, albuxara, zoğal qurusu, əncir, gavalı, ərik və s meyvə quruları qış fəslində həm xörəklərdə, həm dəmləmələrdə, həm də xuruş kimi istifadə olunur. Mövsüm meyvələrindən əzmələr, döymələr, basma turşu, rub adlanan təbii formada emal olunmuş yemək əlavələri

və ət yeməklərindən basdırmalar hazırlanan zaman istifadə olunan souslar, abqora, nar şərab , nardança, qidanın yağlılıq dərəcəsini azaldır xüsusi spesifik dad və ətir verir, eyni zamanda həzmi yaxşılaşdırır. Azərbaycan mətbəxi düzgün, vaxtında və qaydasında istifadə olunarsa immun sistemini möhkəmləndirir, orqanizmi xəstəliklərə qarşı dayanıqlı edir, xaricdən gələn və artıq əsas qida mənbəyinə çevrilmiş fasfud ,kartof firi, çipsi, çox hissəsi süni şəkildə mayalandırılıb şişirdilmiş çörəkdən ibarət olan dönərlər,qamburqerlər,qazlı içkilər ,tərkibi məlum olmayan yemık dadlandırıcılar bütövlükdə insan orqanizminin düşmənidir. İsti yeməklərin menyudan çıxarılması, ayaqüstü qəlyanaltılar həzm sistemini sıradan çıxarır.

Milli mətbəximizə nəzər salsaq sacda və təndirdə bişən lavaşlar, yuxalar, nazik çörəklər mühüm yer tutur.Yemək ehtiyatı isə soyuducuda deyil,torpaqda xüsusi qablarda saxlanılırdı.Yeməklər ocaqda, közdə, manqalda bişdiyindənqida dəyəri olduğu kimi qalırdı.

Kökümüzü unutmayaq, əksinə təbliğ edək. Gənc qızlarımıza, xanımlarımıza kökdən gələn qida mədəniyyətimizi əsaslı şəkildə öyrədək. Yeniləşən və inkişaf edən dünyada milli mənəvi dəyərlərimizi qoruyub saxlayaq.

Gülşən Nəhmətova

Bənzər yazılar