Məlum olduğu kimi ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi əsasən təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsinə xidmət edir. Qiymətləndirmə habelə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, təhsil alanların nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, nələri edə bildiklərini və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirməyə obyektiv şərait yaradır.

Bununla belə bütün dünyanı çənginə alan bəşəri epidemiyanın fəsadları digər sosial-iqtisadı sahələrdə olduğu kimi təhsildən də yan keçməyib, qiymətləndirmə mexanizmnin də onlayn müstəvisində həll edilməsi zərurətini yaradıb. Bu baxımdan da 2020-2021-ci tədris ilində yeni şəraitə və yeni qaydalara uyğunlaşmaq əsas götürülərək təhsillə bağlı demək olar ki, bütün məsələlər və hədəflər əsasən məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, pandemiya ilə bağlı mövcud vəziyyət və zəruri ehtiyaclar nəzərə alınmaqla bir sıra digər həlli vacib məsələlərin icrasına yönəldilib.

 

Yəni, ölkədə pandemiya ilə əlaqədar olaraq məktəblərdə tədrisin fərqli formada keçirilməsi məqsədəuğun hesab edilib. Təhsil nazirinin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmri əsas götürülərək, qeyri-standart vəziyyət nəzərə alınmaqla, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma tətbiq olunub. Nzirin də qeyd etdiyi kimi “Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik”.

 

Başqa sözlə “Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur” və “Təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir.” Nəzərə alsaq ki, hazırda ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın da magistr var, deməli hardasa 2 milyona yaxın əhali təhsil iştirakçısıdır. ki, bu da o qədər də kiçik rəqəm deyil. Baxmayaraq ki, ənənəvi tədrisin olmaması, şagirdlərə müəllimlərə, bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsirlər göstərib, təhsil sferasında müəyyən  problemlər yaradıb, bununla belət təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə istər Nazirlik, istərsə də aidiyyəti qurumlar tərəfindən mümkün olan bütün lazımi tədbirlər həyata keçirilib, təhsil üçün ağır keçən bir ilə yaxın müddətdə, təhsilimizin ayaq üstə saxlanılması üçün bütün mövcud imkanlardan istifadə olunub və olunmaqdadır.

 

Distant təhsilin tətbiqi və onlayn rejimə keçidlə bağlı bu tədris yarımilində kiçik summativlərin keçirilməməsi, yalnız böyük summaiv qiymətləndirmənin aparıla biləcəyi barədə genış müzakirələr keçirilib, qiymət yox, öyrənmə əsas götürülərək, dekabr ayında şagirdlərin təkcə bilik göstəricilərini deyil, elektron sistemin imkanlarını da dəyərləndirmək məqsədilə milli qiymıtləndirmə aparılıb. Tədqiqat xarakterli qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi olub.
İstəsək də istəməsək də, vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik və bunun keyfiyyətə təsiri ilə bağlı hər hansı bir  mübahisələndirməyə ehtiyac görmürəm…

 

Bənzər yazılar