TARİX ÖLÜ GÜNLƏRDƏN FORMALAŞIR…

(PANDEMİYA… TEATR və 2020 – ci il) Bu gün 2020-ci il haqqında danışanlar hamısı (böyük əksəriyyəti) əlində qılınc ötən ili xatırlayırlar… Amma unutmaq olmaz ki, artıq 2020 – ci il tarixdir. Tarixsə keçmiş (bunu “ölü, dünyasını dəyişmiş günlər” kimi də dəyərləndirmək mümkündür) günlərdən formalaşır. Dünyasını dəyişənlərin arxasınca danışanda isə adətən yalnız xoş olan xatirələrdən danışarlar… Axı illərlə cəmiyyətin həllini gözlədiyi “Qarabağ” adlı problemlər “paketi” də öz düyününün açarını bizə bu il verdi. Və o “həlletmə prosesi” hələ də davam edir… Bir də ki, 2020 artıq bizim keçmişimizdir. “Keçmişinə daş atanınsa gələcəyini topa tutarlar”- deyirlər. (Hərçəndi bəzi ziyalı və siyasilərimiz bunu unudur… )

Əlqərəz… Amma əsas reallıq budur ki, məlum dünyəvi problemlərin yaratdığı çətinliklər cəmiyyətdə hələ ki, adi baxışla çox da kəskin şəkildə hiss edilməyən aşınmalara səbəb oldu… Bu bir sirr deyil ki, cəmiyyətin məruz qaldığı bütün çətinliklər zamanı isə ən çox zərbə dəyən sənət və sənətkarlar olur… (Özləri bunu büruzə verməməyə çalışsalar da) Dağılmış maddiyyatı gec-tez bərpa etmək mümkün olacaq… Təhsildə sürətli inkişafla boşluğu doldurmaq mümkündür… Bir idmançı bədəninin formaya düşməsi üçün iki ay intensiv məşğələ yetərsay ola bilər… Mənzil növbəsində olanlar iki ay da kirayədə dözə bilərlər… Amma bax, dağılmış iç dünyasını bərpa etmək üçün nə qədər zaman lazımdır, bunu heç kim müəyyənləşdirə bilməyib. Çünki belə bir ölçü vahidi yoxdur. Bəlkə də sağlam cəmiyyətdə və iç dünyası dağıntıya məruz qalanların sayı yığcam çərçivə daxilində olduqda bunu demək mümkün olardı… Amma təəssüf, min dəfə təssüf ki, bizim onsuz da ideal olmayan cəmiyyətimiz pandemiyanın ilk qurbanlarından biri oldu… REABİLİTASİYA… (bunu oxumaya da bilərsiniz) Bildiyim qədər bir neçə ölkələrdə teatr icmalarının başçıları pandemiyadan sonra aktyorların psixoloji reabilitasiyası üçün xüsusi məşğələlərin təşkil ediləcəyini nəzərdə tutduqlarını bəyan ediblər… Və dərhal qeyd edim ki, bu yerdə bizimkilərlə bağlı heç nə deməyə cəsarət etmirəm, çünki günahkar çıxarılacam. (Özümü müasir göstərmək üçün deyim ki, “persona non grata” elan olunacam) Biz axı alışmışıq, ağızdan çıxan fikri əlbəəlcə (yəni dərhal) oğurlayıb – “biz bunu çoxdan planlaşdırmışıq, sən fil qulağında yatmısan!”- deyib, adamı günahkar (oxu: təhqir) etsinlər… (oxudunuzsa oxumamış olun)

MƏŞQSİZ TAMAŞADANSA TAMAŞASIZ MƏŞQ YAXŞIDIR…

Eləcə də teatrlarımız… Bə xüsusilə onu qeyd edim ki, teatrların maddi texniki bazasının (ilk növbədə öz rəhbərlik etdiyim Bakı Uşaq və Gənclər Teatrını nəzərdə tuturam) o qədər də ürəkaçan olmadığını, (Haşiyə: çox zaman maddi texniki baza deyəndə yalnız teatrın xəzinısindəki pul nəzərdə tutulur, – bu yanlış düşüncədir) eyni zamanda sabah (yəni pandemiyadan sonra) teatrlara təqdim ediləcək pyeslərin müəlliflərinin də bu gün pandemiya qurbanları sırasında olduğunu, zalda oturacaq tamaşaçının da maddi, mənəvi, psixoloji sarsıntılar burulğanından çıxmış olacaığını nəzərə alsaq teatrın sabahkı taleyi haqqında cavabı aşağı-yuxarı hər birimiz verə bilərik. TƏZAD… Hələ sənət aləmində olan təzadları demirəm… Məsələn, hər bir teatr hansısa formada işləməyə və öz işi haqqında vaxtaşırı hesabat verməyə cəhd edir. Bəlkə də əksinə, hesabat vermək xətrinə işləməyə cəhd edir. Bəzən hətta yarışa düşürlər. Təbii ki, bu yerdə “teatrların işi” deyəndə onlayn rejimindən söhbət gedə bilər. Amma gəlin görək bu işin icrası zamanı əsas ağırlıq kimin üzərinə düşür? Təbii ki, ilk növbədə aktyorun və rejissorun… İndi sual olunur?! Hansı aktyorun evdə çəkiliş etməyə maddi-texniki imkanı və şəraiti var?! Və yaxud alabaşına-külbaşına bir-birindən çəkiliş keyfiyyətinə görə xeyli fərqlənən telefonlarla çəkilən (özçəkim edilən) materialı montaj etmək üçün hansı teatrın ştat vahidi və yaxud peşəkar montaj mütəxəssisi var?! Bu halda hansı peşəkar işdən və ya sənətdən söhbət gedə bilər?

XALQA XİDMƏT ETMƏK TANRIYA XİDMƏT ETMƏKDƏN DƏ ÜSTÜNDÜR…

Bir konkret misal deyim: Biz bir qurumla razılaşmaya əsasən azyaşlı uşaqlar üçün 5-7 dəqiqəlik maariflındirici videomateriallar çəkib təqdim etməliyik. Pandemiya qadağalarına riayət etməklə belə üç saatlıq “sms-icazə” ilə nə çəkmək və necə çəkiliş etmək mümkündür ki, müasir dövrün uşaqlarını qane etsin?! Bu suala kimsə cavab verə bilərmi?! Halbuki sabah milyonların taleyi bu gün maariflənməsində, eləcə də tərbiyəsində rol oynadığımız hansisa körpədən asılı ola bilər və olacaq da… Bunu anlamaq çətin deyil axı, – bu gün mədəni-maarif sahələrinə yaradılacaq imkan sabah üçün yatırım edilmiş əvəzsiz kapitaldır… Nə isə ki, boz rəngli günlərimizin üstünə 2020-ci ildə əlinə fırça götürüb qara rəng çəkən məmurlarımız da az olmadı… Məncə həmin məmurlar “xalqa xidmət” səlahiyyətini qazanan zaman onlara edilən etibardan daha səmərəli istifadə etməli idilər… Yəni pandemiya zamanı qadağalar və icazələr cəmiyyətin bütün sahələrində bər

Bənzər yazılar