Dünyada hər bir kişi üçün iki müqəddəs zirvə var” ATALIQ” və” ŞƏHİDLİK”. Hər iki zirvəni eyni zamanda fəth edən Qəhrəman Yaşar Babayev. Mənfur düşmənin Tovuzda törətdiyi ixtişaşlar nəticəsində qəhrəmanlqla döyüşüb Şəhidlik zirvəsinə ucalmışdı Yaşar. Eyni gündə həm Ata statusu qazandı həm Şəhid. Amma bütün bunlardan xəbərsiz oldu.

Yaşar 8 il idi ata olacağı günü həsrətlə gözləmişdi. Məzuniyyət götürmüşdü. Dünyaya göz açaçaq körpəsini qarşılamaq üşün. Bütün tədarükləri görmüşdü, klinikadan verilən məlumata görə, hətta həkimlərin təkidinə baxmayaraq , israrla xəstəxana xərclərini də ödəmişdi əvvəldən. Körpəsinin dünyaya gəlişinə iki gün qalmış General Polad Həşimov onun döyüşə gəlməsini tələb edir. Bu o deməkdir ki,General öz cəsur döyüşçüsünü yaxşı tanıyırdı və ona güvənirdi. Axı onlar Aprel döyüşlərində də birlikdə şücayət göstərmişdilər.

Yaşar atasının, hətta yaşlı nənəsinin yalvarışlarına baxmayaraq Vətənin müdafiəsinə qalxdı son damla qanına kimi vuruşdu, bunu özünə borc və şərəf bildi. Şəhidlik zirvəsinə ucaldı. Beləcə yarım qaldı Yaşarın ömür hekayəsi. Ölümün gözünə dik baxaraq” ATA” olmaqdan imtina etdi Yaşar. Qısa ömür tarixində bir çox məqamlardan xəbərsiz oldu .

Yaşar bilmədi ki, onu son mənzilə yola salmağa minlərlə soydaşı gəldi. Düzdür Yaşar onları tanımasada,  indi onu bütün Azərbaycan tanıyır. Bütün Azərbaycan bilirki Yaşar qızının adını Narin qoyub. Onun ömür yolu qısa oldu. Narin atasını tanımasa da, onu tanıyanların dilindən atasının necə qəhrəman olduğunu biləcək. Görəsən, dünyanın ən ağır həsrəti olan atasızlığı Narin bizə bağışlaya biləcəkmi? Bilmirəm. Amma onu bilirəm ki, ata həsrəti çəkən zaman atasının məzarını ziyarət edəcək və narın göz yzşları ilə onun məzar daşını yuyacaq ,uyuduğu torpağı isladacaq. Yaşa Hələ dühyaya gəlməmiş sənin üçün yazılmış ağır tale yükünə rəğmən Qəhrəman Şəhid atanın adına layiq yaşa!

Sağlam, Xoşbəxt, firavan yaşa. Atanın müqəddəs ruhu və bütöviükdə Azərbaycan xalqının duaları hər zamzn səninlə olacaq Narin bala.

Gülşən Nəhmətova

Bənzər yazılar