Dərc olunub: 17.02.2021

Goranboy rayon Çingiz Hümbətov adına Yeniyol kənd tam orta məktəbinin direktoru Gülbəniz Abbasova karantin dövründə  fəaliyyətini davam etdirən, şagirdləri üçün əlindən gələni edən müəllimləri təşəkkürnamə ilə qiymətləndirib.

Pandemiya hər kəs üçün ağır və çətin bir dönəm oldu. Pandemiya təhsilimizə də öz təsirini göstərdi. Mart ayından etibarən pandemiya ilə mübarizə tədbiri kimi əyani təhsil prosesi dayandırıldı. Bir müddət sonra onlayn təhsilə start verildi. Onlayn dərslərin başlandığı gündən etibarən məktəbimizin müəllimləridə distant təhsilə başladılar.

Bir məktəb direktoru kimi məndə müəllimlərin dərslərini müntəzəm olaraq izləyirdim. Əyani təhsildən fərqli olaraq onlayn dərsin necə çətin bir proses olduğu hər kəsə məlumdur. İstər müəllimlər istərsədə şagirdlər distant təhsildə problemlərlə qarşılaşırlar. Buna baxmayaraq məktəbimizin müəllimlərinin şagirdlərə necə qayğı, səbirlə yanaşdığının şahidi oldum. Bir müəllim kimi məndə bununla fəxr etdim. Və qərara gəldim ki, onların əməyini qiymətləndirim.

Dərslərinə ara vermədən keçən məktəbimizin  beş müəllimi qiymətləndirildi. Bu müəllimlər  ibtidai sinif müəlliməsi-Aslanova Rəhimə, riyaziyyat muəllimi-Teymurova Rəsmiyyə, biologiya müəllimi-Hüseynova Fəridə, fizika müəllimi-Aslanova Ramilə, kimya müəllimi-Əhmədova Güllüdür. Bir daha onlara öz təşəkkür və minnətdarlığımı bildirirəm.

Məktəbin direktoru 
Abbasova Gülbəniz 

Bənzər yazılar