Qədim Borçalının dilbər guşələrindən biri olan Başkeçid rayonun Şindilər  kəndində dünyaya göz açıb. Uşaqlığını, məktəb illərini bu qədim diyarda keçirib. Şeirə, poeziyaya bağlılığı da elə bu doğma kəntdən başlayıb.

Qurbanov Vaqif Mustafa oğlu – 1949-cu il oktyabrın 8-də  Başkeçid rayonun Şindilər  kəndində dünyaya göz açıb. Orta məktəb təhsilini bitirdikdən sonra Bakıya gəlir . Azərbaycan Dövlət universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra Bakıdakı orta məktəblərdən birində müəllim kimi fəaliyyətə başlayır. İşlədiyi kollektivdə, dərs dediyi şagirdləri arasında az vaxt ərzində ciddi müəllim nüfuzuna sahib olur. Elə bu münasibət də onu 45 il müəllim kimi işləməyə sövq edir.

Şagirdlərinə riyaziyyat elminin sirləri ilə bərabər haqqı, ədaləti, dürüstlüyü öyrədir. 1988 –ci ildə ölkəmizdə başlanan milli oyanış hərakatının iştirakçılarından olur. Sovet imperiyasının çökməsi üçün bütün bilik və başarıqlarını sərf edir. Türkçülüyün təbliği onun ən ümdə vəzifələrindən biri olur.

Sevdiyi peşəsindən, şagirdlərindən ayrılmaq nə qədər çətin olsa da yaş həddi ilə əlaqədər məktəbdən ayrılmalı olur. Ancaq, qarşısında qoyduğu məqsədlərə çatmaq naminə boş durmur. Bağlı olduğu torpağına, millətinə həsr etdiyi bir şeir kitabını nəşr etdirir. Peşəkarlardan və oxucularından aldığı mesajlar onu biraz da ilhamlandırır və “Ata Yurdu” adlı ikinci kitabını da oxucularına təqdim edir.  Bu kitabda yer alan şeirlər, əsasən doğulub böyüdüyü el–obasına ata yurduna həsr edilib.

Məzahir Məmmədli

Bənzər yazılar