Nizaminin dili Azərbaycan sözləri ilə zəngindir. Ancaq Nizaminin Azərbaycançılığının ən bariz göstəricisi oan bu faktik materialın tədqiqinə indiyədək çox da artıq diqqət olmamışdır. Nizamidə milli mədəniyyətin, milli mənəvi keyfıyyyətlərin və ictimai təfəkkürün qaynaqlarından törəmiş atalar sözlərinin, zərbiməsəllərin, hikmətli sözlərin tədqiqi nə qədər vacibdirsə, sözlərin tədqiqi və təhlili ondan qat-qat daha artıq vacibdir. Atalar sözləri, zərbi-məsəllər və hikmətli sözlər nə dərəcədə milli keyfiyyətləri əks etdirsə də onların formalaşmasında sərhəd məhdudiyyəti olmayan təfəkkür tipologiyasının da təsirini istisna etmək olmaz. Yəni ki, məsələn, «Dağ dağa rast gəlməz, insan insana rast gələr» atalar sözünün fars dilində «Kuh be kuh nə mirəsəd, insan be insan mirəsəd», «Az ye, həmişə ye» atalar sözünün «Kəm-kəm mixor, həmişə mixor», «Ölənin dalınca danışmazlar» atalar sözünün «Əz kəse morde bəd nəbayəd qoft» kimi variantları mövcuddur. Ancaq hər bir dilin öz qrammatik qaydaları əsasında düzələn sözlər arasında oxşar variantlar tapmaq çətindir. Ona görə də Nizaminin dilində Azərbaycan sözlərinin tədqiqi millilik baxımından mühüm rol oynayır. Nizaminin dilində Azərbaycan sözlərinin tədqiqi sahəsində mühüm addımlar olan yazılar bu istiqamətdəki araşdırmalar üçün açılan yolların başlanğıcı kimi olduqca təqdirəlayiqdir.

Nizaminin dilində işlənən sözlər kəmiyyətcə Nizaminin özündən əvvəl və sonra fars dilində yazılması əsərlərdə işlədilən Azərbaycan sözlərindən qat-qat artıqdır. Nizamişünas tədqiqatçı Cahan Ağamirov Nizamidə işlənmiş 118 Azərbaycan sözünün siyahısını vermişdir. Məmməd Əmin Rəsulzadə Nizami əsərləri üzərində tədqiqat apararkən 40-dan artıq sözü təhlil edir, onları fars dilində işlədilən beytlərin içərisində araşdıraraq tərcümə variantlarını da verir. Görünür, Azərbaycan sözlərini təhlil etmək tədqiqatçının birbaşa məqsədi olmamışdır. Odur ki, həmin sözləri əsərin «Əlavələr» hissəsində qeydə alır və belə bir izahat da verir: «Nizaminin şeirlərində bir çox türk sözləri vardır. «Xəmsə»ni bu baxımdan xüsusi araşdırmadıq. Yalnız rast gəldiklərimizi nümunə olsun deyə, qismən qeyd etdik». Nizaminin milliliyini, onun Azərbaycançılıq ideyalarını konkret, dəqiq, aydın faktlarla canlandırmaq baxımından bu nümunələrin müəyyən qisminin təhlilini vermək məqsədəuyğun olardı. Onu da qeyd etmək lazımdır ki, bu sözlər ta qədimdən Azərbaycan dilində işlənmiş ifadə vasitələri olduğundan onların bir çoxuna qədim dil mətnləri əsasında tərtib edilmiş lüğətlərdə də rast gəlmək olur. Bəzi sözlər indi də işlək olduğu halda onların bir qismi köhnələrək ‘ Bax: Həmid Araslı. Nizamidə xalq sözləri və xalq ifadələri. «SSRİ EA Azərbaycan lilialı xəbərləri». 1942, №8, s. 34; Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami Gəncəvi. Bakı, «Azərbaycan Dövlət Nəşriyyatı» 1991, s. 224-228; Cahan Ağamirov. Nizami yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərbiməsəlləri. Gəncə, 2005, 65 s. 2 Cahan Ağamirov. Nizami və türklük. Gəncə, 2008, s. 40-43. 3 Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, «Azərbaycan Dövlət Nəşriyyatı», 1991, s. 224. Mübariz Yusifov wm dilin işlək fondundan çıxmışdır.

Nizaminin dilində işlədilmiş Azərbaycan sözlərinin tədqiqi bir tərəfdən onun «Xəmsə»sində milliliyin və Azərbaycançılıq ideyalarının canlandınlmasmm təhlili baxımından maraqlıdırsa, digər tərəfdən, türk dillərinin, eləcə də Azərbaycan dilinin tarixi leksikologiyasma aid tədqiqatların dərinləşdirilməsi baxımından etibarlı bir mənbə kimi əhəmiyyətlidir. Nizaminin

dilində işlənmiş aşağıdakı kimi sözlər bu gün də Azərbaycan dilində işlənməkdədir: Alaçuq. Alaçuq (alaçıq) sözü öz mənasını Azərbaycan dilində indi də itirməmişdir. Bu söz, eyni zamanda, dilimizdəki «dəyə» sözünün bir variantı kimi işlənir. Alaçıq əvvəllər keçə örtüklə örtülürdü. Güman ki, alaçıq rəngbərəng (göy və ya qara) rəngli keçələrlə örtüldüyü üçün ona alaçıq adı verilmişdir. Dəyə hazırlanmasında isə daha çox çadırdan istifadə edilir. Ancaq istisna deyildir ki, dəyə örtüyündə keçədən də istifadə olunmasın. Nizamidə alaçıq sözü belə işlənir: Çe konəd be pa-ye pilan alaçuq-e torkmani? Fil ayağı qarşısında türkmən alaçığı necə dayana bilər?. (Rəsulzadə, 224,* 1.) Alaçıq sözü xeymə, çadır, alaçıq, dəyə mənasında Mahmud Kaşqaridə və başqa qədim türk mənbələrində də qeydə alınmışdır: «Braman körkin belgürtip qariçantri t(eginniq) alaçu tuşusunta yoriyur erkən». (Tanrı İndira) brəhmən görkəmində şahzadə hariçandranın alaçığının qarşısından keçdi.) (DTS, 33)**. Alaçıq (aləçuq) sözü Həsən Zərinəzadənin «Fars dilində Azərbaycan sözləri» kitabında da qeydə alınmışdır.* 1 * Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı. Azərbaycan Dövlət Nəşriyyatı, 1991. ‘ Древнетюркский словарь, Ленинград, «Наука», 1969 1 Вах: Həsən Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. Bakı, Azərb. SSR EA nəşr.. 1962, s. 147 (Bundan sonra: Zərinzadə). Nizamidə azərbaycançılıq Ekdeş. Bus öz Nizamidə iki maddənin qatışığı kimi mənalandırılır: Gerami ekdeşəst in nəqş-e dəmsaz Pedər hindu-vo-madər tork-e tənnaz. Atası hindu, anası nazlı türk olan Bu xoşagəlimli nəqş çox ekdeş bir şeydir. (Rəsulzadə, 224, 3)

Ekdeş sözü qədim mənbələrdə «ögdəş» şəklində qeyd edilmiş, mənası «anabir qardaşlar» kimi göstərilmişdir: «Qandaş quma urur, ögdəş özü tartar (Atabir qardaşlar didişər, anabir qardaşlar birləşər) (DTS, 379). Ekdeş sözünü Həsən Zərinəzadə də qeydə almışdır. Həsən Zərinəzadə bu sözün həm iki irqdən olan (irqdaş), həm də ögey qardaşlar mənasında işləndiyini göstərir. (Zərinəzadə, 143). Bu söz hazırda Azərbaycan dilində işlənmir. Onun əvəzinə ögey sözü işləkdir. Ancaq Nizami dövründə ona tanış olmuş bu söz tarixi leksikologiya baxımından maraqlıdır.

Beyrək. Beyrək sözü Nizamidə bayraq mənasında işlənmişdir. Pərvin ze hərir-e zərd-o əzrəq Bər səncəq-c zər keşide beyrəq. Pərvin ulduzu san ipəkdən olan bayrağı Qızıl bir sancağa çəkmişdir. (Rəsulzadə, 224, 4). Bu beytdəki sərıcəq (sancaq) sözü «Kitabi-Dədə Qorqud»da iki mənada işlənir: 1) bayraq; 2) vilayət, el. Mübariz Yusifov Bayraq mənasında: «Qazan bəyin qardaşı kafərin tuğilə sancağı qılıcdadı, yerə saldı. (KDQİL, 151)*. Vilayət, el mənasında: «Yügirmi dörd çancaq bəyi gəlsin, dedi. (KDQİL, 151). Həsən Zərinəzadə sancaq sözünün fars dində bir neçə mənada işlədildiyini göstərir: 1) bayraq; 2) vilayətin bir hissəsi, mahal; 3) qolun hissəsi; 4) sancaq (alət) (Zərinəzadə, 319). Görünür, sancaq sözü daha qədimdən fars dilinə keçmiş və sonradan əlavə mənalarla birlikdə işlədilməyə başlamışdır. Bayraq sözünün isə fars dilindəki adekvatları bunlardar: 1) beyrəq; 2) ələm; 3) pərçim.1 Nəzərə aldıqda ki, ələm sözü ərəb, bayraq və pərçim (sancmaq) sözləri isə Azərbaycan dilinə məxsusdur, belə fikrə gəlmək olur ki, farslar elə fars dilində olmayan sözləri başqa dillərdən almağa məcbur olmuşlar. Nizami isə Azərbaycanlı olduğu üçün bir beyt daxilində həm bayraq, həm də sancaq sözlərini işlətmiş, ərəb mənşəli ələm sözünü işlətməyə ehtiyac duymamışdır.

Bilək, bel. Bilək sözü Azərbaycan dilində işləkdir. Nizaminin dilində də əlin dirsəkdən aşağıya qədər olan hissəsi mənasında işlənmişdir: Bel sözü də işlək sözlərdəndir: Həman bilzən

mərd-e alət-şcnas Könəd biləkəş-ra be bili qiyas (Rəsulzadə, 224) Bel vuran usta Biləyini bel zənn edər Bilək sözü fars dilində «(pənce) dəst» şəklindədir.1 2 Nizami mətnə uyğun olaraq Azərbaycan dilində mənanı daha doğru və dürüst ifadə edən bilək sözünü işlətmişdir. Görünür, * Kitabi-Dədə Qorqudun izahlı lüğəti. Bakı, «Elm», 1999 1 Русско-персидский словарь. M., «Русский язык», 1975 c 228 748 2 Русско-персидский словарь, с. 265. 160 Nizamidə azərbaycançılıq Nizami fars dilində yazmış olsa da təfəkkür milli Azərbaycan ruhundan gəlir. Bel sözü isə fars dilində də elə «bil» şəklində işlədilir. Buradan da belə məlum olur ki, fars dilinə bu söz Azərbaycan dilindən keçmişdir.

Tutuq. Tutuq sözü Nizamidə pərdə mənasında işlədilmişdir: Ta tərəməş dər totoq-e nur bud Xar ze qol ney ze şəkər dur bud Onun lütfü işığın tutuğunda (pərdəsində) Olarkən tikan güldən, qamış şəkərdən məhrum idi. (Rəsulzadə, 225,7) Fars dilində də örtük mənasında çiriş, rutəxti və pərdə sözləri olsa da Nizami bunların heç birini mətnə daxil etməmişdir. Mətndə məna Nizaminin ana dilindəki düşüncəsinə uyğun gəlməsi üçün şair qədim Orxon-Ycnisey abidələrində işlədilmiş və maneə, əngəl, ilişik mənasında işlənmiş tıdığ sözünü yenidən dirildib tutuq şəklində onu həyata qaytarır. Mətndən də aydın olur ki, tikana, gülə, qamışa düşən işığın qarşısını pərdə ilə və ya başqa bir örtüklə kəsmək, maneə yaratmaq mümkün deyildir. O işığın qarşısını da bulud ala bilər, ya da gecənin qaranlığı. Buradan aydın olur ki, Nizami sözləri necə gəldi, məna oxşarlığına əsasən işlətmir. O seçir, axtarır, ən dəqiq və aydın sözlər axtarıb mətnə daxil edir. Fars dilində belə söz yoxdursa, Nizami öz ana dilinin qədimlərdən bəri formalaşdırdığı və hansıa mənbədə qalmış milli sözlərindən istifadəyə meyl göstərir. Bununla, bəlkə də Nizami, Azərbaycan dilində lazım olan ifadələri çatdırmaq üçün müvafiq söz tapmaq çətindir, deyənlərə cavab verir ki, belə sözlər var, sadəcə, zəhmət çəkib axtarmaq lazımdır. Görünür, Nizami dövründə bu söz onun poemalarına daxil olduqdan sonra fars dilində ümumişlək leksik vahidlər sırasına daxil olmuşdur.

Tutmac. Tutmac sözü yemək adıdır. Nizamidə bu söz belə işlədilmişdir: Ari anra ke dər şekəm dohal əst Bərge totmac ben ze bərg-e qol əst. Aclıqdan qamı təbil kimi guruldayana Gül yarpağmdansa tutmac yaxşıdır. (Rəsulzadə, 225, 8). Tutmac sözü qədim türk xalqlannda undan hazırlanan bir yeməyin adıdır. Nizaminin vətəni Gəncədə indi də məişətdə həmin yeməkdən hazırlanır. Tutmac əsas etibarı ilə soyuq aylarda mədə-bağırsağı yumşaltmaq üçün hazırlanan və yeyilən süfrə nemətidir. Tutmac yemək adı Mahmud Kaşqarinin Divanında da qeydə alınmışdır. (DTS, 592, МК I, 452).

İylaq-süvari. İylaq sözü Azərbaycan dilindəki yaylaq sözünün fars dilindəki variantıdır. Süvari isə atlı döyüşçü mənasındadır. İylaq sözü yaylaq mənasında, süvari isə atlı mənasında Nizamidə aşağıdakı kimi işlədilmişdir: Borun şod əz iylaqiyan sərkeşi Səvari şetabənde çun atəşi Yaylaqlardan (dağlardan) bir süvari Od kimi meydana atıldı (Rəsulzadə, 225, 14) Yaylaq sözü həm bu variantda, həm də yaylıq şəklində qədim mənbələrdə yay istırahətgahı mənasında işlədilmişdir: «Yaşıl qaya yaylağım» (Yaşıl qayalıqlı (yer) yaylağımdır); «Ol qoym yaylaqda yazlattı» (O qoyunu yayda yaylaqda saxladı); «Yaylığ tağıma ağıpan yaylayur tutur men». (Mən yayı mənim dağlıq yerlərimə qalxaraq orada (yaylaqda) keçirirəm). (DTS, 227). Yaylaq sözünün Səfəvilər dövründə fars dilində işlədildiyi də qeydə alınmışdır (Zərinəzadə, 126). Yaylaq sözü sərinliyə görə yay istirahəti üçün əlverişli dağ yeri mənasında «Kitabi-Dədə Qorqud»da da

işlənmişdir: «Qarşu yatan qara dağı sorar olsan yaylaq kimin?» (KDQİL, 100). Süvari sözü hərbi termin kimi atlı döyüşçü mənasını bildirir. Süvari sözü səvar və səvari şəklində atlı (döyüşçü) mənasında indi də işlədilməkdədir və lüğətlərdə də qeydə alınmışdır.

Qılavuz. Qılavuz sözü Azərbaycan dilində bələdçi mənasında işlənmiş qədim sözlərdəndir. Qılavuz sözü indi Azərbaycan dilində işlənmir. Görünür, ərəblərin Azərbaycana gəlişi ilə əlaqədar dilimizə ərəb dilindən keçən bəzi başqa sözlər kimi bələdçi sözü də qılavuz sözünü işləklikdən çıxarılmışdır. Ancaq bu sözün Nizamidə işlənməsi o deməkdir ki, Nizami dövründə qılavuz sözü ümumişlək olmuşdur. Sonralar isə bələdçi sözü onu üstələmişdir. Nizamidə qılavuz sözü belə işlənir: Dər an puyc təcil musaxtənd Rəhi biqlavuz həmi taxtənd O yolda tələsir və qılavuzsuz Yol gedirlər (Rəsulzadə, 226, 17). Qılavuz sözünün bildirdiyi bələdçi, yolgöstərən mənası fars dilində rəhnuma sözü ilə ifadə olunur.

Görünür, fars dilindəki rəhnüma sözü bu mənaları əhatə edə bilməmişdir. Ona görə də Nizami, haqlı olaraq daha geniş məna əhatəsinə malik olan «qılavuz» sözündən istifadə etmişdir. «Qılavuz» sözü qədim mənbələrdə də bələdçi mənasında işlənmişdir: «Bu kökdəki yulduz bir ança bezək. Bir ança qulavuz bir ança yezək. (Bu göydəki ulduzların bəziləri bəzəkdir, bəziləri bələdçi, bəziləri gözətçi). (DTS, 465). Qılavuz sözü bələdçi, yol göstərən mənasında «KitabiDədə Qorqud»da da işlədilmişdir. Qaraqoçumun qulağı görünməz olsa Qeyri ərən qılavuzsuz yol yanılsa Qılavuzsuz yol başaran Qazan ər idim. (KDT, 62, 143). Nizaminin əsərləri diqqətlə oxunduğca orada Azərbaycan sözlərini axtarmaq, tapmaq elə də çətin deyildir. Sadəcə maraq və məqsəd hər şeyi həll edir. Bəzi sözlər Nizaminin əsərlərində müstəqil bir vahid kimi işlənir. Bəzilərini isə fars sözlərinin qovuşuğunda müəyyən etmək olur. Bəzi sözlər də var ki, onlar fars dilində olsa da həmin sözlərin tərkibində Azərbaycan dili şəkilçiləri işlədilir. Məsələn, fars dilindəki noybətçi, şekarçi,(ovçu) miyançi (araçı, aradüzəldən),sənglax(daşlıq) xacətaş (xacə yoldaşı) kimi sözləri buna nümunə göstərmək olar. Nizaminin əsərləri vətənpərvərlik nümunəsi olduğu kimi Nizami barəsində aparılan doğru, düzgün, qərəzsiz, həqiqi elmi əsərlərin hər birinin müəllifinə də Nizami vətənpərvərliyindən müqəddəs bir pay düşür. 1 Bax: Cahan Ağamirov. Nizami Gəncəvi və türklük. Gəncə 2008 s 46 2 Yenə orada, s. 46. 3 Yenə orada, s. 55. 4 Yenə orada, s. 61. 5 Yenə orada, s. 61.

Abdullayeva Səminə,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Bənzər yazılar