Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektorluğu hesabat yayıb. Hesabatda ADPU məzunlarının əmək bazarında məşğulluq nisbəti ilə bağlı statistik məlumatlar yer alır.

Hesabata əsasən 2019-2020-ci tədris ilində universitetdən 2099 nəfər bakalavriat səviyyəsindən məzun olub. Onların 14%-i magistratura səviyyəsinə qəbul olub, 7.1%-i həqiqi hərbi xidmətə yollanıb. 61.7% məzun isə (1650 nəfər) əmək bazarına çıxıb. Bu məzunların 677 nəfəri Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak etmişdir ki, onların 51.2%-i 50-60 bal arasında nəticə göstərib. Ümumilikdə imtahan verənlərin 64%-i ixtisası üzrə işə qəbul olunub. Digər məzunların əksəriyyəti dövlət və özəl sektorda fəaliyyətə başlayıb. Ümumilikdə ADPU-nun əmək bazarına çıxan ötən ilki məzunlarının 51.5%-i (851 nəfər) hal-hazırda təhsil müəssisələri, dövlət və özəl sektorlarda işləyirlər. Universitetin ötənilki məzunlarından 52 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Bənzər yazılar