Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Gələcəyə baxış” mövzusunda seminar keçirilib.

Bu barədə Mektebgushesi.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini İnara Rzayevanın təşəbbüsü və fakültənin Tələbə-Mentor qrupunun dəstəyi ilə ISE-nin birinci kurs tələbələri üçün təşkil olunan seminarda fakültənin xaricdə magistr təhsili alan və uğurla fəaliyyət göstərən məzunları da iştirak ediblər.

Türkiyənin ODTU, Fransanın ICD Biznes Məktəbi, Almaniyanın Hamburq Universiteti, Macarıstanın Szeged Universitetində magistr təhsili alan məzunlardan Müzəffər Abbasov, Faiq Xasayev, Nurlan Cahangirli, Emil Alıyev tələbələrə UNEC-də təhsil almağın üstünlüklərindən danışıblar. Həmçinin xaricdə təhsil və uğurlu karyera qurmağın yolları barədə təcrübələrini paylaşıblar.

Bənzər yazılar