Ukrayna Milli Aviasiya Universitetinin təşəbbüsü və dünyanın 10-dan artıq nüfuzlu ali məktəbinin, o cümlədən Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə keçirilən “Sosial dəyişim dövründə müasir hüquq” adlı XI Beynəlxalq elmi-praktik konfransın materialları iki cilddə nəşr olunub.

Bu barədə Mektebgushesi.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, nəşrdə BDU-nun Hüquq fakültəsinin 20-dən çox aliminin – Əmir Əliyev, İpək Abbasova, Firuzə Abbasova, Şəhla Səmədova, Aytəkin İbrahimova, Gülnaz Rzayeva, Şahin Məmmədrzalı və başqalarının elmi məruzələri dərc edilib.

Bənzər yazılar