Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart – Elm Gününə həsr olunan “Elm günləri” keçiriləcək.

15-30 mart tarixlərində keçiriləcək “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları, elmi müzakirələri təşkil olunacaq. Həmçinin UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçiriləcək.

“Elm günləri”ndə iştirak etmək istəyənlər tədbirlər planında qeyd olunan tədbirlərin zoom linkinə daxil olmalıdırlar.

 

UNEC-də  “Elm günləri”nin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı

 

Tədbirlər Tarix Saat İcraçılar  
1. UNEC Emprik Tədqiqatlar Mərkəzi – “Vətən müharibəsinin cəmiyyətdə düşüncə transformasiyasına və əhalinin həyat məmnuniyyətinə təsiri” adlı  seminar 15  mart saat 17:30 Rəna Hüseynova

i.ü.f.d.Xətai Alıyev

https://zoom.us/j/98837104300
2. UNEC İslam Maliyyə Tədqiqat Mərkəzi – “İslam maliyyə sistemi” adlı seminar 18  mart saat 12:00 prof.Zahid Məmmədov

Rəna Hüseynova

https://zoom.us/j/97182157247
3. “Mühəndislik və tətbiqi elmlərin aktual problemləri: elmi diskussiya” 18  mart saat 15:00 dos. f.f.d. Rəhim Ələkbərov

b/m. k.f.d. Aytən Niyazova

tex.e.n. dos.Elçin Səmədov

https://zoom.us/j/96818474958
4. “Pandemiya və rəqəmsal transformasiyalar” adlı elmi diskussiya 19  mart saat 15:00 prof. Rəsul Balayev  tex.ü.f.d.Elman Cəfərov  https://zoom.us/j/97355040924
5. UNEC RİM-n “İqtisadiyyat” kafedrasının professor-müəllim heyəti və RF Prezidenti yanında Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyası (Российская академия народного хозяйства и государственной службы при Президенте РФ) professor – müəllim heyəti ilə birgə dəyirmi masa 27  mart saat 11:00 i.e.n.dos. Sevinc Abbasova

RİM-n “İqtisadiyyat” kafedrasının əməkdaşları

https://zoom.us/j/97446861948
6. Həştarxan Dövlət Universiteti və Belqorod Dövlət Milli Elmi Tədqiqat Universiteti nəzdində İqtisadiyyat və İdarəetmə İnstitutu nümayəndələri ilə birgə gənc tədqiqatçılar, doktorantlar və tələbələrin iştirakı ilə elmi seminar 29  mart saat 11:00 i.e.n.dos. Sevinc Abbasova

RİM-n “İqtisadiyyat” kafedrasının əməkdaşları

 https://zoom.us/j/93786632053
7. Ölkə ərazilərinin işğalı dövründə Azərbaycan dövlət büdcəsində itirilən vergi daxilolmalarının substativ təhlili və empirik monitorinqi 29  mart saat 15:00 prof. Mirələm Həsənli

dos. Gəray Musayev

 https://zoom.us/j/99384390526

Bənzər yazılar