Mektebgushesi

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi  çərçivəsində işçi görüş təşkil edilib.

Onlayn görüş zamanı pandemiya dövründə layihə çərçivəsində həll olunacaq məsələlərin geniş müzakirəsi aparılıb.

Görüşdə layihəyə cəlb olunan tərəfdaşların nümayəndələri – Avropa Birliyinin layihə üzrə baş koordinatorunun nümayəndəsı, Yunanıstanın Qərbi Attika Universitetindən professor Panos Yannakopoulos, Fransadan konsultant, professor Jean Noel Pachoud, Rumıniyanın Cluj-Napoca Texniki Universitetindən Keyfiyyət üzrə Avropa eksperti Catalin İllasku, Azərbaycan Texniki  Univeritetindən (AzTU) layihənin regional koordinatoru,  professor Həsən Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vatanxah, baş mühasib Elşat Bağırov, Mühəndis fizikası və elektronika kafedrasının müəllimləri Telman Əliyev,  Rəhim Rəhimov,  Xədicə Əhmədova, Xanım Səmədova və Səid Rüstəmov iştirak ediblər.

Bu barədə AzTU-dan bildirilib.

Bənzər yazılar