Mektebgushesi

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC)  “Yaz Elm Festivalı” na start verir.

Universitetdən bildirilib ki, festivalda universitet və orta məktəblərdən komandalar öz elmi layihələri ilə çıxış edə bilərlər. İştirakçılar elmi yeniliklər, kəşflər və ixtiralar, tədqiqat nəticələri, həmçinin maraqlı olduğunu düşündükləri istənilən elmi mövzuda təqdimat etmək imkanına malikdirlər.

Festivala qatılmaq istəyən tələbə və şagirdlər 20 aprel 2021 tarixinədək   https://docs.google.com/…/13c-OcE7_TOd… linkində qeydiyyatdan keçə bilərlər.

Festivalda hər hansı universitet və ya məktəbdən bir neçə komanda da iştirak edə bilər. Bütün iştirakçılara və qaliblərə sertifikat, müxtəlif hədiyyələr təqdim olunacaq.

6 may 2021-ci il tarixində saat 10:00-da başlanacaq festival “Zoom” proqramı vasitəsilə həyata keçiriləcək. Festivalla bağlı daha ətraflı məlumatı https://m.facebook.com/tecbmu/ linkinə daxil olmaqla əldə etmək mümkündür.

Bənzər yazılar