Dərc olunub: 31.03.2021

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi youtube televiziyası – ADPU TV universitetlə bağlı tanıtım filmi hazırlayaraq yayımlayıb.

ADPU-nun Mətbuat Xidməti tərkibində fəaliyyət göstərən ADPU TV tərəfindən hazırlanan film tələbələr, abituriyentlər və geniş ictimaiyyət üçün nəzərdə tutulub.

İzləyicilər filmdə ADPU-nun 100 illik şərəfli inkişaf yoluna nəzər sala və bu gün ölkədə pedaqoji təhsilin bayraqdarı olan ən böyük ali təhsil müəssisələrindən birində ali təhsilin bütün səviyyələrində təhsil almaq imkanları ilə tanış ola bilərlər.

Tanıtım filmində ADPU-nun Bakıdakı 4 kampusu, tərkibindəki Pedaqoji Kollec və baza məktəbi, bölgələrdəki 5 filialı haqqında ətraflı məlumat verilir. Universitetdə subbakalavriat və bakalavriat səviyyəsində qəbul aparılan ixtisaslar, davamlı təhsil, magistratura, doktorantura və dissertantura səviyyəsində kadr hazırlığı məsələləri, sosial infrastruktur, tibbi xidmət, kitabxana və elektron təhsil, tələbələrlə iş, ictimaiyyətlə əlaqələr və tələbə təşkilatlarının fəaliyyəti geniş səviyyədə işıqlandırılır.

Filmi keçidə daxil olaraq və ya aşağıdakı QR kodu smartfonunuzda oxudaraq izləyə bilərsiniz. Filmə keçid: ADPU Tanıtım filmi

Filmi keçidə daxil olaraq və ya aşağıdakı QR kodu smartfonunuzda oxudaraq izləyə bilərsiniz.

Filmə keçid: ADPU Tanıtım filmi

ADPU-nun Mətbuat Xidməti

Bənzər yazılar