Müasir Azərbaycan Respublikasının ən yeni tarixi güclü, qüdrətli və sosial əsaslara söykənən dövlət qurmaq istiqamətində müəyyənləşdirilmişdir. Azərbaycanda formalaşan sosial dövlət modeli özündə milli ənənələri ehtiva edir, həmçinin, dünyanın müasir inkişaf meyllərini nəzərə alır.

Azərbaycan Respublikasının müasir sosial siyasətinin formalaşmasının əsasları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən böyük uzaqgörənlik və dahiliklə müəyyən edilmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən müstəqil Azərbaycan Respublikasının sosial siyasəti həm bu gün, həm də gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəldilməsini həyata keçirən yaxın və uzaqmüddətli proqramlar vasitəsi ilə reallaşdırılır.

Ölkəmizdə sosial siyasətin əsas konturları və hədəfləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında dolğun şəkildə öz əksini tapmışdır. Bu ümummilli konsepsiyaya görə, Azərbaycan Respublikasının sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır. Fərman imzalandığı gündən indiyə qədər ölkə rəhbərinin ardıcıl, məqsədyönlü siyasəti sayəsində bu sahədə misilsiz uğurlar əldə olunmuşdur, bu uğurlar bu gün də əzmlə davam etdirlir.

Azərbaycan Respublikasında sosial siyasətin əsasında qeyd etdiyimiz kimi, Ümummulli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq ideyası dayanır. Bu ideya özlüyündə multikulturalizm, humanizm, sosial ədalət, etnomədəni müxtəliflik şəraitində birlik, əhalinin sosial rifah şəraitinin yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının qorunması və s. kimi mütərəqqi tərkib hissələri özündə birləşdirir.

Bu gün müstqil Azərbaycan Respublikasında əhalinin sosial rifahı durmadan yaxşılaşmaqda, sosial infrastrukturun bütün tərkib hissələri daha da müəkəmməl formalaşmaqda davam edir. Azərbaycanda bütün dünyaya örnək olan hakimiyyət-xalq birliyi ümumazərbaycançılıq məfkurəsi ətrafında möhkəmlənməkdə davam edir. Ölkə əhalisinin sosial-məişət problemləri dövlətin sosial siyasətinin əsaslarının optimal qurulması fonunda öz operativ həllini tapır.

Azərbaycan dövlətinin sosial siyasətinin mütərəqqi prinsiplər əsasında təşkil edilməsi və əhalinin bütün sosial qruplarının bu siyasətin əsaslarından məmnunluğu özünü bütün stiuasiylalarda büruzə verir. Belə ki, bu gün uşaqdan böyüyə hər kəs öz ruhunu, amalını, vətəndaş vəzifəsini bilavasitə məsub olduğu dövlətə, onun təhlükəsizliyinə, suverenliyinə, Vətən sərhədlərinin toxunulmazlığına, ən əsası Ulu Öndərimzin cənab Prezidentimiz təərfindən uğurla davam etdirilən siyasi xəttinə kökləmişdir. 44 günlük Vətən müharibəsinin gedişi və parlaq qələbəmiz dediklərimizin əyani sübutudur. Vətən müharibəmizdə qələbə məhz hakimiyət-xalq birliyinin, sosial ruhun yüksəkliyinin, vətəndaşların dövlətinə, millətinə, Vətəninə, sərhədlərin bütövlüyü prinsipinə sədaqətin şanlı nəticəsi idi.

Qətiyyətlə deyə bilərik ki, Vətən müharibəmizdə şanlı qələbədən sonra, işğaldan azad edilmiş Vətən torpaqlarımızda aparılan genişmiqyası bərpa-quruculuq işləri içərisində məhz ilk növbədə sosial infrastruktur layihələri əsas yer alır. Bu layihələrin

icrası Azərbaycan dövlətinin siyasi xəttində sosial siyasətin prioritetliyini, böyük ümummilli sosial proqramların icrasının başlıca yer tutuduğunu təsdiq edən əsas faktorlar kimi qiymətləndirilməlidir. Bunun özü də Azərbaycan dövlətinin sosial əsalara söykəndiyini bir daha isbat edir.

Azərbaycan Respublikasında etnomədəni müxtəliflik şəraitində multikultural dəyərlər əsas tutularaq, dünyaya örnək olacaq bir multikulturalizm siyasəti formalaşmışdır. Bu siyasət, məhz, Azərbaycan dövlətinin böyük ümumbəşəri dəyərlərə, humanizm və demokratik prinsiplərə sadiqliyinə, milli mənsubiyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq öz ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabər hüquq təmin edərək, nümunəvi sosial cəmiyyət formalaşdırmasına yönəlmişdir.

Azərbaycan dövlətinin sosial siyasətinin əsasında, qeyd etdiyimiz kimi, əhalinin maddi təminatının gücləndirilməsi, sosial rifahının artırılması prioritet istiqamətdir. Məhz, dövlətin güclü sosial tədbirləri nəticəsində, yoxsulluğun səviyyəsi minimuma endirilir, əmək haqları, pensiyalar, sosial müavinətlər ilbəil artırılır, dövlətin vətəndaşların fərdi qabiliyyət və bacarıqlarına əsasən fərdi stimullaşdırma tədbirləri və s. nəticəsində, xalqın sosial rifah halı dinamik olaraq güclənməkdə davam edir.

Bu gün Azərbaycan dövlətinin sosial siyasəti kompleks şəkildə sosial qrupların əlaqəli fəalliyyəti fonunda cəmiyyətin liberallaşdırılması, sağlam təfəkkürlü sosial meyllərin orataya çıxarılması, kommunikativ sosial fəaliyyətin dərinləşdirilməsi, azad iqtisadiyyatda sosial hüquqların təmin edilməsi, azad sahibkarlığa sosial dəstək proqramlarının icrası və s. aspektlərə yönəldilmişdir.

Azərbaycan Respublikasının sosial siyasətdə hər bir sosial qrupdan olan cəmiyyət üzvləri azad hüquqlarla söz haqqına malikdir ki, bu da ölkədə plüralizmin, vətəndaş hüquq və azadlıqlarının dərinləşdirilməsinə gətirib çıxarmışdır. Ölkəmizdə vicdan, söz, fikir azadlığı, təqsirsizlik prizumpsiyası bütün vətəndaşların konstitusion haqqı olaraq təsbit edilmişdir.

Azərbaycan cəmiyyətində tam sosial birlik və bütövlük hökm sürür. Bu bütövlük böyük ümumilli layihələrin icrasında, dövlətin və Vətənin taleyüklü problemlərinin həllində cəmiyyətin bütün təbəqələrinin möhkəm birlik və həmrəyliyinin ortaya qoyulmasında özünü göstərməkdədir. Məhz Azərbaycanda daxili sosial və siyasi sabitlik nəticəsində güclü və sağlam cəmiyyət formalaşır, mütərəqqi təfəkkürlü gənclik yetişir, təhsildə, elmdə, mədəniyyətdə, incəsənətdə ümumbəşəri ideya və təmayüllər ortaya çıxır.

Azərbaycan xalqı öz müqəddəratını azərbaycançılıq ideyasına bağlayır, bu ideyanı uğurla icra edən ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, hərtərəfli inkişafa və tərəqqiyə doğru inamla irəliləyir. Məhz, xalq ilə iqtidar arasında sarsılmaz birliyin olması müstəqil dövlətimizi daha da gücləndirir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının himayədarıdır və cənab Prezidentin qəbul etdiyi qərarlar bilavasitə xalqın rifahının yaxşılaşmasına və sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənmişdir.

Sevda XƏLƏFOVA

BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Bənzər yazılar