27 sentyabr İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. Qələbənin qazanılmasında bütün xalqımız birlik və həmrəylik göstərmişdir. İlham Əliyevin hər zaman xalqın yanında olması və həyata keçirdiyi siyasət bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən çətin vaxtlarda öz vətəndaşlarının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır. Səmimi qəlbdən inanıram ki, Cənab Prezidentin yürütdüyü siyasət ölkəmizi böyük tarixi nailiyyətlərə qovuşdurur və qovuşdurmağa davam edəcəkdir. Xalq Prezident Cənab İlham Əliyevə güvənirdi və verəcəyi hər qərara dəstək idi. Belə xalqı heç kim yıxa bilməzdi. Azərbaycan xalqının arxasında İlham Əliyev kimi siyasətçi, gözəl natiq, xalqını sevən dövlət başçısı dururdu. Bu önəmli müharibədə xalqımız neçə-neçə qeyrətli oğullar, atalar, qardaşlar şəhid verdi. 8 noyabr Şuşa şəhərinin işğaldan azad edilməsi xalqda böyük sevinc, coşqu yaratdı. Hər kəs küçələrə axışıb, əldə üçrəngli bayrağımız ilə “Qarabağ Azərbaycandır!”, “Şuşa bizimdir!” şüarları səsləndirirdilər…

…və budur. Nəhayət, o gün çatdı. 10 noyabr gecə 03:07-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqa müraciət etdi. 44 günlük müharibəyə son qoyuldu və “Qələbə” artıq bizimdir! Artıq kitablarda oxuduğumuz Şuşanın xarıbülbülünün ətrini duymaq nəsib olacaq bizə. Xalqımla, Prezidentimizlə, ordumuzla və ən əsası şəhidlərimizlə fəxr edirik və çox xoşbəxt insanlarıq ki, bu günləri görmək nəsibimiz oldu.

Ölkəmizin gələcəyi İlham Əliyevin liderliyi ilə çox parlaq olacaq. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Onun rəhbərliyi altında ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, yüksək intellektə və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Cənab Prezidentin gördüyü işlərin dəyərini çox yaxşı bilir və hər zaman ona güvənir. Biz bilirik ki, onun sözü imzası qədər keçərlidir.

Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbəmizin qazanılmasını şərtləndirdi. Biz Prezident Cənab İlham Əliyev sayəsində tarixi qələbələrimizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndiririk və möhkəm-ləndirməyə davam edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs

verdi. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.

Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayır. Əminik ki, Azərbaycan vətəndaşları bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacaqlar. Qarabağ yenidən doğulacaq, canlanacaq və dirçələcək. Qarabağ əsl cənnət məkana çevriləcək. Qarabağ Azərbaycanın göz bəbəyidir.

Torpaqlarımızı işğaldan azad etdiyi üçün Prezident İlham Əliyevə, şanlı ordumuza təşəkkürümüzü bildiririk. Şəhidlərimizin ruhları cənnətdə ölməz olaraq qalacaq və yolumuzu aydınlaşdırmağa davam edəcəkdir. Biz öz torpaqlarımızın azadlığı uğrunda savaşdıq və bu savaşdan ordumuzun gücü, xalqımızın birliyi ilə üzüağ çıxdıq. Siz Azərbaycanın gücünü bütün dünyaya çatdırdınız. Hər kəs Azərbaycan xalqının gücünün, birliyinin şahidi oldu. Sizinlə fəxr edirik və Sizə dəstəyimiz misilsizdir. Biz Prezidentimizi sevirik və daim verəcəyi bütün qərarlarda yanındayıq.

Xalqımıza, ordumuza göstərdiyi diqqət, qayğı və dəstəyə görə bir daha Cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezidentin “Biz birlikdə güclüyük!” və “Qarabağ Azərbaycandır!” çağırışları uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır!

 

Hülya Süleymanova,

BDU-nun Fizika fakültəsinin tələbəsi

Bənzər yazılar