Müəllim adının aliliyi Qulamova Gülər Şirəli qızı cənub bölgəmiz olan Masallı rayonun Bədəlan kəndində müəllim ailəsində dünyaya göz açmışdır.
Orta təhsilini bitirdikdən sonra BSPT-na daxil olur. İlk peşə fəaliyyətinə Texnologiya müəllimi kimi başlamışdır. Azyaşlı uşaqlara olan sevgisindən ixtisasını dəyişmək qərarına gəlir və beləcə Azərbaycan Müəllimlər İnstitutuna daxil olur.
Hal-hazırda Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji fəaliyyətin də məktəb rəhbərliyi, valideynlər tərəfindən tərəfindən “nümunəvi müəllim” kimi diplomla təltif edilmişdir. 5 Oktyabr müəllimlər günü münasibətilə RTŞ-tərəfindən diplomla təltif edilmiş. Müəllimin əsəri onun şagirdləridir”prinsipinə dayanaraq Gülər müəllimin şagirdləri də içtimai tədbirlərdə fəallıq göstərərək, diplomlarla təltif edilmişlər.
Bu gün də”Müəllim” adının aliliyini və peşəsinin məsuliyyətini bir müəllim kimi dərk edərək, təhsildə dövlət standartlarının tələblərinə layiqincə cavab verir. Gülər Müəllimə uğurlar arzulayırıq.
Hörmətlə : Aqşin Kazımov