Dərc olunub: 05.05.2021

Bakı Biznes və Kooperasiya kolleci, Eduscience təhsil mərkəzi və Online Education Skills Institute – OESI “DISTANT TƏHSİLDƏ KEYFİYYƏT SERTİFİKASİYASI” adlı vebinarına dəvət edir.

OESI təhsil müəssisələrinin sertifikasiyası üzrə ixtisaslaşmış beynəlxalq təşkilatdır. Vebinarda online təhsil istiqamətində OESI təlimlərin keçirilməsindən və bu təlimlərdən təhsilalanların və müəllimlərin necə yararlana biləcəyindən danışılacaq. Elektron tədris vəsaitlərinin düzgün hazırlanması; Təlimlərin, təcrübə dərslərinin yeni forma və metodlarla aparılması; Tələbələrin təhsil müəssisəsinə marağlarının artırılması; E-öyrənmə metodları; Təhsilalanlarda onlayn dərslərə maraq yaratma metodları; Onlayn oyrətmədə video materialların hazırlanması və sairə istiqamətlər üzrə təlimlər haqqında müzakirə aparılacaq.

Vebinarda iştirak etmək üçün aşağıdakı linka daxil olmaqla, qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat ödənişsizdir. https://form.jotform.com/211191823739458

Bənzər yazılar