Dərc olunub: 07.05.2021

7 May 2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ümummilli lider Heydər Əliyevin 98 -ci ildönümü münasibətilə onlayn tədbir keçirildi.

Tədbirdə kollecin rəhbər heyəti ,müəllim və tələbələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Filologiya elmləri üzrə Fəlsəfə doktoru Barxudar Barxudarov Ulu Öndər Heydər Əliyevin həyat yolu haqqında məlumat verdi. Dövlə müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmlənməsində, daxili və xarici siyasətinin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi sosial və mədəni sahədə inkişafın təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, Azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində göstərdiyi böyük xidmətləri Ulu Öndər Heydər Əliyevə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırmışdır. Onun mənalı həyatı, zəngin irsi gələcək nəsillərimizə örnəkdir.

Kollecdə Heydər Əliyev məktəbinin rəhbəri Gülnarə İbrahimova çıxışında bildirdi ki,dövlətçilik məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin araşdırılması, təbliği və tədqiqi hər zaman aktual olacaqdır. Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” layihəsinin, şeir, esse və rəsm müsabiqələrinin nəticələrini açıqladı. Birinci yer qazanmış Ülviyyə Əhmədli yazdığı essesini, Şəhanə Zeynallı isə şeir səsləndirdi.

Tədbirin sonunda Kollecin Əməkdar müəllimi Mehran Əhməd qızının Prezident İlham Əliyev və Ulu Öndərə həsr etdiyi “Azərbaycan xalqının generalissimusu “ adlı essesi əsasında hazırlanmış “Zəfərə Nəzər” videoçarxı nümayiş olundu.

Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova 

 

Bənzər yazılar