Bugünkü müsahibim İsmayıllı rayon Pirəbilqasim kənd sakini, aprel döyüşləri iştirakçısı, vətən müharibəsi qazisi Xəqani Əhmədovdur. Salam. Xoş gördük sizi!

Salam. Xoş gəlmisiniz!

Azərbaycanın şah damarı, döyünən ürəyi olan Qarabağ uğrunda gedən vətən müharibəsinə minlərlə gənc qatıldı. Xəqani bəy, siz necə oldu ki, döyüşlərə qatılmaq fikrinə gəldiniz?

Öz doğma torpaqlarımızın işğal altında olmağı ilə barışa bilmirdim. Məndə hər bir Azərbaycanlı kişisi kimi hər zaman müharibə əmrini gözləyirdim. Bilirdim ki, müharibə olsa, tarix boyu ermənilərin bizə etdiklərinin qısasını alacağıq. Nəhayət, 27 sentyabr da Ali baş komandan müharibə əmri verdi. Məndə döyüşlərə könüllü olaraq qatıldım və iştirak etdim.

Hansı istiqamətlərdə xidmət göstərmisiniz?

Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.

Xəqani bəy, müharibə haqqında olan təəssüratlarınızdan nə deyə bilərsiniz?

O haqda danışmaq mənim üçün nə qədər kədərli olsa da bir o qədər də qürür vericidir. Hər birimizdə böyük həvəs, ruh yüksəkliyi var idi. Qələbə qazanacaqmıza əmin idik.

Orada olan, lakin bizlərin bilmədiyi ən çətin anınız hansı olub?

Ən çətin anımız aclıq və susuzluğa dözərək , döyüş meydanına mərmi gətirməyimiz olub. Bacardıqca cəld olmalı idik ki, döyüş yoldaşlarımız mərmisiz qalmasın və döyüş davam etsin.

Vətən uğrunda gedən bu döyüşlərdə elə bir hadisə olub mu ki, hələ də onu xatırlayırsızın?

Əlbəttə ki, xatırlayıram, onları unutmaq mümkün deyil. Orada olduğum müddətdə yaşadığım bütün hadisələr yaddaşımda silinməz izlər buraxıb. Onlar hər an hər dəqiqə yadıma düşür.

Necə oldu ki, yaralandınız?

Mən həm döyüşür həm də döyüş yoldaşlarıma silah-sursat daşıyırdım. Qızğın döyüşlərin getdiyi vaxt idi, məndə öz işimi yerinə yetirərək silah daşıyırdım, döyüş

meydanına çatmağımıza az qalmışdır ki, düşmən bizi nişan aldı, sanki göydən mərmi yağırdı. Onlardan bir neçəsi bizdən 4-5 metr aralıya düşdü, partlayış baş verdi. Və nəticədə başım, sol gözüm və dizimdən yaralandım.

Səhhətiniz yaxşılaşandan sonra yenidən cəbhəyə qayitdinizmı?

Nəyinki yaxşılaşmaq elə yaralı olduğum halda da cəbhəyə yollanmaq istəyirdim, lakin dizimdə olan qəlpə çox ağrı verirdi, gəzə bilmirdim. Sinirlərim zədələnmişdi. Mən xəstəxanada müalicə olunan vaxtda müharibə bitdi, sülh oldu. Sonra məni tərxis etdilər. Dizimdə hələdə qəlpə daşıyıram.

Döyüşlərdə olduğunuz müddətdə dövlət tərəfindən sizə və ailə üzvlərinizə hər hansı bir yardım olunubmu?

Bəli, ailəmə yardımlar olunub.

Hal-hazırda rayon rəhbərliyi tərəfindən sizə istədiyiniz kimi qayğı göstərilirmi?

Bəli, keçən günlərdə Rayon icra başçısı Nahid Bağırovda ziyarətimə gəlmişdir.

Son olaraq nə demək istərdiniz?

Allah ordumuzu, əsgərlərimizi qorusun. Mən Aprel döyüşlərində də iştirak etmişəm. Vətən müharibəsində də iştirak etdim, təəssüf ki, mənfur ermənilərin atəşinə tuş gəlib yaralandım. Qazi olmağıma baxmayaraq hər zaman vətənin keşiyində durmağa hazıram!!! Qarabağ Azərbaycandır!

Sizə öz minnətdarlığımı bildirirəm. Allah sizi qorusun. Vətən, millət uğrunda xidmət göstərən hər bir şəxs başımızın tacıdır. Siz qorxmadan, çəkinmədən cəbhəyə yollanıb 30 ilə yaxın olan Qarabağ, Xarıbülbül həsrətimizə son qoydunuz. Hər birimiz sizlərə borcluyuq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.

Bakı Slavyan Universiteti, jurnalistika fakültəsinin l kurs tələbəsi Səbinə Hüseyinova.

Bənzər yazılar